Tarix : 2012 May 30
Kod 30743

Sionistlərin Azərbaycanı İslam mədəniyyətindən ayırmaq fitnəsinin müvəffəqiyyətsizliyə uğraması m...

Azərbaycan Respublikasında homoseksuallrın paradının ləğv olması, sionistlərin bu ölkəni İslam dünyasından ayırmaq fitnəsinin nakam qalması hesab olur
/Aran agentliyi

Azərbaycan Respublikasında homoseksuallrın paradının ləğv olması, sionistlərin bu ölkəni İslam dünyasından ayırmaq fitnəsinin nakam qalması hesab olur.

AranNews - Sionistlərin Azərbaycanı İslam mədəniyyətindən ayırmaq fitnəsinin müvəffəqiyyətsizliyə uğraması münasibətilə şükretmə mərasimi dünən Təbrizin Abbasi qəsəbəsindəki "Əl-Məhdi" məscidində keçirilib. "Şəriət Məhkumları" silsiləli iclasın ardınca keçirilən bu mərasimdə Qum Elm Dairəsinin ustadlarından olan höccətül-islam vəl-müslimin doktor Saleh Niya nur və zülmətə, xeyir və şərə doğru gedən yollardan söz açan bir sıra Quran ayələrini izah edərək, şeytanın insanı düz yoldan azdıracağına and içməsi və Allahın onu bizə ən böyük düşmən olmasını bəyan etməsi mövzusu barədə danışdıqdan sonra deyib: "Şeytanla mübarizə etmək üçün gərək insanın proqramı olsun, çünki şeytan proqramla insanın və toplumun sorağına gəlir". Universitet və hövzə ustadı Saleh Niya çıxışının davamında hökumətçilik vəzifələrini öhdələrinə almış şəxslərin daha ağır məsuliyyət daşıdıqlarını və şeytanın onların sorağına daha çox getmələrini qeyd edərək, bəzi İslam ölkələri başçılarının şeytanın əlində vasitəyə çevrilməsini, lakin islami oyanış nəticəsində bir-birinin ardınca devrilməsindən danışıb. O, sionist rejimi şeytanın nümunəsi adlandıraraq, 95 faizdən çoxunu müsəlmanlar təşkil edən bir ölkədə sifarişli seçki və siyasi senari əsasında sionistlərə tabe, onların razılığını qazanmaqdan ötəri hətta, bir vaxtlar İslamın Mədəniyyət Paytaxtı olmuş Bakıda dünya homoseksuallarının paradını keçirməyə hazır olan, bundan da biabırçı, öz hayat yoldaşını bu proqramın idarə edilməsində rəhbəri edən bir şəxsin dövlət başında olmasını deyib. Saleh Niya sionistlərin onların qarşısında dayanan problemin yalnız şiə təlimləri olmasını başa düşdüklərini və ona görə də əsasən şiə təlimləri ilə mübarizə apardıqlarını və Azərbaycanın da şiə beşiyi və dünyaya şiəliyin yayıldığı məkan olduğunu bildikləri üçün sionistlərin bu ölkə xalqının mədəniyyətinə təsir göstərmək, onu dəyişdirmək istədikləri barədə açıqlama verib. O, artırıb: "Bu gün Azərbaycan Respublikasında Əliyevin varislik hökumətinin İranla düşmənçilik siyasəti davam edir. Bu dövlətdə ölkənin 20 faiz torpaqlarını işğal etmiş ermənilərə qarşı aksiya qadağan, amma təqlid mərcələrinə qarşı aksiyalar azaddır". Saleh Niya Azərbaycan xalqının mədəniyyət və tarixi keçmişinə işarə edərək, kommunistlərin bu xalqın dinini əlindən ala bilmədiyi kimi, bu gün heç kəs bu ölkədə İslam əleyhinə olan siyasətlərini davam etdirə bilməyəcəyini də vurğulayıb. O həmçinin rəvayətlərə əsasən, imam Zamanın (əc) köməkçilərinin diqqəti çəkən bir hissəsinin Azərbaycandan olacağını xatırladıb və bu il islami oyanışın Azərbaycanda öz yüksək həddinə çatacağına inandığını bildirib. Doktor Saleh Niya çıxışının sonunda Qarabağın azad olması üçün dua edib, sionistlərin Azərbaycan Respublikasını İslam mədəniyyətindən ayırmaq məqsədilə qərarlaşdırdıqları homoseksuallrın paradı fitnəsinin müvəffəqiyyətsizliyə uğramasını ilahi inayət adlandıraraq, şükür edib və bu qələbənin Azərbaycan xalqının müqaviməti, təqlid mərcələri və alimlərin, Təbriz və Ərdəbil şəhərnin əhalisinin etirazlarının nəticəsi olduğunu deyib.    

  • Yazılıb
  • da (də) 2012 May 30