Tarix : 2012 May 30
Kod 30745

Azərbaycanda terror əməliyyatları törətməyə çalışmaqda təqsirli bilinən 40 nəfərin həbsi

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi ''Eurovision''a qarşı hücum planının aşkarlanmasından xəbər verdi
/Aran agentliyi

 

Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi "Eurovision"a qarşı hücum planının aşkarlanmasından xəbər verdi.

AranNews - Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi çərşənbə günü bəyanat yayaraq ölkədə terror əməliyyatları törətməyə çalışmaqda təqsirli bilinən 40 nəfərin həbsindən xəbər verib. Mənbəmizin məlumatına əsasən, MTN-nin bəyanatında bildirilir ki, həbs olunanların əsas məqsədləri “Eurovision” mahnı müsabiqəsi keçiriləcək konsert salonuna hücum etmək, ölkə prezidenti İlham Əliyevə qarşı terror aktı həyata keçirmək, bir sıra məscid və ibadət yerlərinin, polis mərkəzlərinin, xarici qonaqlar yerləşən hotellərin partladılması olmuşdur. Bu məlumata əsasən, terrorçu qrupun üzvləri biletlər əldə etməklə "Eurovision" müsabiqəsinin keçiriləcəyi "Baku Crystal Hall"da rəqabətlər zamanı partlayışlar törətmək fikrində olublar.

MTN bu dəstənin həbs edilmə tarixinə işarə etmədən açıqlayıb: "Nazirlik vətəndaşların və xarici qonaqların nigəran olmaması üçün "Eurovision" müsabiqəsi keçirildiyi müddət ərzində bu xəbəri açıqlamamağı qərarlaşdırdı". Həmçinin, xəbərdə dəstənin üzvlərinin Bakı, Gəncə, Sumqayıt və ölkənin bir çox rayonlarda aparılan ayrı-ayrı əməliyyatlar nəticəsində həbs olunduğu vurğulanır. Həyata keçirilmiş bu antiterror əməliyyatlarda 13 ədəd avtomat silah 1 ədəd pulemyot, 12 ədəd müxtəlif tipli tapança, 3 ədəd karabin, 3424 ədəd müxtəlif çaplı patron, avtomat silah və tapança üçün 66 ədəd daraq, 23 ədəd əl qumbarası, müxtəlif partlayıcı qurğular və maddələr aşkar edilmişdir.

 

  • Yazılıb
  • da (də) 2012 May 30