Tarix : 2012 May 31
Kod 30757

Real Hərəkatının sədri Milli Məclis üzvlərinin mövqeyini tənqid etdi

: Bir ovuc fırıldaqçının Parlamenti qəsb etməsinə görə, Avropa Parlamenti Azərbaycan Milli Məclisinin qərarlarını elə bu baxış acısından dəyərləndirir
/Aran agentliyi

 

Azərbaycan Respublikasında Real hərəkatının sədri Milli Məclis üzvlərinin Avropa Parlamentinin son qətnaməsinə reaksiyaları haqda deyib: Bir ovuc fırıldaqçının Parlamenti qəsb etməsinə görə, Avropa Parlamenti Azərbaycan Milli Məclisinin qərarlarını elə bu baxış acısından dəyərləndirir.

Yeni Müsavat qəzetinin yazdığına görə, İlqar Məmmədov deyib: Azərbaycan Respublikası Parlamentinin üzvləri yaxşı bilirlər ki, Avropa Parlamenti qarşısında heç bir iş görə bilməzlər. Elə buna görə də, hay-küy qaldırıblar. Amma, Avropa Parlamenti bu fırıldaqçıların bəziləri haqda cəza tədbirləri nəzərdə tutarsa, dərhal sakitləşəcəklər. Çünki, iqtisadi mənafeləri Avropadan asılıdır.

Hökumətin qərbyönlü müxalifətinin tanınmış simalarından olan Arzu Səmədbəyli də deyib: Şübhəsiz Qərb və Avropa Bakı rəsmilərinin islahatların aparılması , insan haqlarına və söz azadlığına riayət olunması üzrə tövsiyələrə laqeyd münasibətlərini gördükdə, bu tövsiyələri iqtisadi cəza tədbirləri ilə əvəz edəcəklər.

Avropa Parlamentinin Azərbaycan Respublikasında insan haqlarının pozulması, söz azadlığı və vətəndaş hüquqlarının tapdalanması o cümlədən Avrovoziya mahnı müsabiqəsinin keçirilməsi üçün Baku Cristal Hall-un quraşdırılması məqsədilə əhalinin mülkiyyət hüquqlarının pozulması və evlərinin sökülməsi ilə əlaqədar Azərbaycan Respublikası hökumətinə qarşı qəbul etdiyi qətnamə bir müddət öncəyə kimi Qərb və Avropanı öz qibləsi kimi təbliğ edən rəsmi Bakının narahatlığına səbəb olub.

Hakim Yeni Azərbaycan Partiyasının Milli Məclisdəki bəzi təmsilçiləri isə Avropa Parlamentinin qətnaməsinə etiraz edərək, bu kimi hərəkətlərin iki tərəf arasındakı əlaqələrə zərbə vuracağını bildiriblər.

Səhər.TV

  • Yazılıb
  • da (də) 2012 May 31