Tarix : 2012 May 31
Kod 30759

Hacı Abgül Süleymanovun məhkəməsi keçirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində ruhani Hacı Abgül Süleymanovun məhkəməsi keçirilib
m/Aran agentliyi

Məhkəmə iclası salavat zikrləri ilə başlayıb.

Məhkəmə prosesində ilkin olaraq Abgül Süleymanova qarşı irəli sürülən ittiham elan olunub. Haqqındakı məlumatlar dəqiqləşdirilib. Ailəli və 3 azyaşlı uşağı olması təsdiqlənib.

Abgül Süleymanovun hüquqlarını 3 vəkil müdafiə edir; Rüstəm Zülfüqarov, Anar Qasımlı və Natiq Mustafayev.

Məhkəmə işinə Mahir Bayramovun sədrlik etdiyi hakimlər baxır. Dövlət ittihamçısı Tural Usubovdur. Məhkəmə iclasının katibi isə Emil Cavadovdur.

Vəkil natiq Mustafayev Abgül Süleymanovla görüşdürülmədiyini və buna görə də məhkəmə iclasının təxirə salınmasını istəyib: "Əlimizdə rəsmi sənədlər var. Sənədlərlə də, şifahi olaraq da dəfələrlə MTN-ə müraciət etmişik. Buna baxmayaraq müvəkkilimlə görüşə bilməmişəm. Bu həm bizim, həm də Abgül Süleymanovun hüquqlarının pozulması deməkdir. Biz necə müdafiə olunacağımız barədə söhbət edə bilməmişik. Məhkəmədən tələbimiz budur ki, müvəkkilimizlə görüşməyi təmin etsin. Mayın 14-dən görüşmək üçün müraciət edirik."

Vəkillərin ikinci tələbi Abgül Süleymanovun istintaqının bitməyinə baxmayaraq Ədliyyə nazirliyinin penitensiar xidmətində deyil MTN-də saxlanması ilə bağlı olub. Anar Qasımlı deyib: “İstintaqın bitməsinə baxmayaraq Abgül Süleymanovun MTN-də saxlanılması qanunsuzdur. Bu qanunvericiliklə yol verilməzdir. Çünki Abgül Süleymanov bundan sonra məhkəmədə ifadələr verəcək. Təbii ki, MTN tərəfindən ifadələri ilə bağlı ona qarşı müxtəlif təzyiqlər ola bilər. Bu da istintaqda olduğu kimi, məhkəmə prosesini də obyektiv aparılmasını sual altına salacaq. Sənədlərdə də onun 12 saylı təcridxanada saxlanılması gərəkdiyi qeyd olunur. Ona görə də Abgül Süleymanovun MTN-dən Bakı İstintaq Təcridxanasına köçürülməsi barəsində göstəriş vermənizi xahiş edirik.”

Hakim vəsatətin yazılı formada verilməsini istəyib.

Vəkil Anar Qasımlı hakimdən 20 dəqiqə məhkəmənin 20 dəqiqə fasilə edilməsini və bundan sorna vəsatəti yazaraq təqdim edəcəyini bildirdi.

Məhkəmədə 20 dəqiqəlik fasilə elan olundu.

Fasilə zamanı ruhani Hacı Abgül Süleymanov dedi: "Bunları narahat edən mənim Qarabağı ala bilmirsinizə, bizə silah verin. Biz gedib Qarabağı azad edək deməyimdir. Hakimiyyətin xətrinə dəyib mənim belə deməyim. İndi belədir ki, kim bunların istəmədiyi kimi hərəkət edir tutub salılar içəri. Özlərini Avropaya bəyəndirmək üçün nə qədər müsəlman xalqın dəyərlərini tapdasalar da, Avropa bunları bəyənmir. Milyonlarla pul xərcləyib Avroviziya keçirsələr də, Avropa bunların əleyhinə qətnamə qəbul edir. Qərb 2006-ci ildə hakimiyyətə bildirdi ki, sizdə demokratiya yoxdur. Bunlar dedilər niyə yoxdu, var. Onlarda buna cavab olaraq dedilər ki, əhalinizin 85%-i müsəlmandır. Sizdə demokratiya ola bilməz. Hakimiyyət o gündən söz verib ki, islami dəyərləri aradan aparmaq üçün əlindən gələni edəcək. İlkin olaraq iki məscid sökdü. Lakin müsəlmanların etirazlarını gördükdən sonra, məcbur olub geri çəkildi. Bundan sonra hicab məsələsini ortalığa atdı. Buna qarşıda mitinqlər keçirildi. Möminlərə uzağı bir neçə il, ən çox 15 il iş verərərək həbsxanalara basdıracaqlar. Biz həmin müddətdən sonra azadlığa çıxacağıq. Amma biz ruhanilərin basdırdığı insanlar qəbirdən çölə çıxa bilmirlər. İndiyə qədər görünüb ki, hər hansı bir ruhaninin basdırdığı qəbirdən geri qayıtsın?!."

Hacı Abgül Süleymanov, zalda oturan xanımlardan birinin "Biz sizinlə fəxr edirik hacı" deməsinə cavab olaraq bildirdi ki: "Mən sizinlə fəxr edirəm. Onlar bizi tutmaqla sizlərin gözlərini qorxutmaq istədilər. Lakin bura adamla doludur. Mən sizinlə fəxr edirəm ki, geri addım atmırsınız. Mən təkəm, siz isə çox."

Bundan sonra hakimlər zala qayıdaraq qaldırılan vəsatətləri oxudular. Dövlət ittihamçısı birinci vəsatətin təmin olunmasının lazım olduğunu bildirsə də, ikinci vəsatətin təmin olunmamasını istədi.

Hakim birinci vəsatəti, yəni vəkillərin ruhani ilə görüşdürülməsini təmin edəcəklərini bildirdi. İkinci vəsatət barədə isə gələn məhkəmədə danışılacağını dedi.

Növbəti məhkəmə iclası iyun ayının 8-i saat 15:30-a təyin olunub.

Fakt xeber

  • Yazılıb
  • da (də) 2012 May 31