Tarix : 2012 Jun 01
Kod 30770

İran səfirliyi Höccətüilslam Vəlmüslimin Fərid Əsrin geri qaytarılmasına münasibət bildirib

Bakı Beynəlxalq Hava Limanının məmurları ötən bazar ertəsi günü İran İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəliyinin mədəniyyət məsələləri üzrə müdiri ...
/Aran agentliyi

 

Bakı Beynəlxalq Hava Limanının məmurları ötən bazar ertəsi günü İran İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəliyinin mədəniyyət məsələləri üzrə müdiri Höccətülislam vəlmüslimin Məhəmməd Hadi Fərid Əsrin Azərbaycan Respublikasına girişinin qarşısını alıblar.

Bununla əlaqədar İranın Bakıdakı səfirliyinin mətbuat xidməti bir bəyanat yayaraq, Bakı hava limanı məmurlarının Höccətüilslam vəlmüslimin Fərid Əsrin Azərbaycan Respublikası torpağına giriş haqqı olmadığı və bu ölkə torpağını tərk etməli olduğu barədə tutduğu mövqei yanlış adlandırıb.

 

Bu bəyanatın mətni belədir:

"Bununla bildirilir ki, Höccətüilslam vəlmüslimin cənab Məhəmməd Hadi Fərid Əsr xidməti pasportu ilə Bakıda Heydər Əliyev Beynəlxalq Hava limanına daxil olduqdan sonra İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında xidməti pasportlara malik şəxslər üçün vizanın ləğv olunması ilə bağlı razılığa zidd olaraq Bakı hava limanından geri qaytarılıb.

Eyni zamanda ümumi fikrin diqqətinə çatdırılır ki, qeyd olunan şəxs İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneinin nümayəndəsi olmayıb və heç bir müraciət də daşımayıb. O, istirahət müddətini başa çatdırdıqdan sonra xidmətini davam etdirmək üçün Bakıya qayıdırmış.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat xidməti"

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası hökuməti 2010-cu ildən bir çox məhdudiyyətlər tətbiq edərək bu ölkədə İran qurumlarının məsul şəxsləri və ailələrinin qalmasına mane olmuşdur və bu, İran məmurlarının Bakıya girişinin qarşısının alınması ilə bağlı 4-cü haldır. Azərbaycan Respublikası hökumətinin ilk addımı 7 ay öncə İran Teleradio Təşkilatının Bakıdakı nümayəndəliyinin müdirinin bu ölkəyə girişinin qarşısını almaqla baş verdi və davamında Bakıda Camiətül-Mustafanın nümayəndəsi Əmin Səduqiyə bildirdi ki, bu ölkə torpağını tərk etsin.

Azərbaycan məmurlarının 3-cü hərəkəti ötən il fevral ayında Xəbər telekanalının jurnalisti Rza Rəhimpurun Azərbaycan Respublikasına gişinə mane olması oldu.

Azərbaycan Respublikası hökuməti ötən bir neçə ildə sionist rejimin bu ölkədəki iştirakı ilə paralel olaraq öz anti-İran hərəkətlərini artırmışdır.

  • Yazılıb
  • da (də) 2012 Jun 01