Tarix : 2012 Jun 02
Kod 30780

ABŞ və sionist rejim Azərbaycanda pozğunluğu tərvic etməklə onu ikinci İsrailə çevirmək istəyirlər

Bu əxlaqsız müsabiqə qarşılanmamaqdan əlavə ölkə xalqının və İranın azəri dilli əhalisinin etirazları ilə gey-parad da ləğv olundu
/Aran agentliyi

Təbrizin imam cüməsi Ayətullah Möhsin Müctəhid Şəbüstəri cümə namazının xütbələrində Azərbaycanda keçirilən "Eurovision" müsabiqəsinə çəkilən ağır xərclərə və müsabiqəyə salon tikmək camaatın evinin sökülməsinə işarə edərək deyib: "Bu əxlaqsız müsabiqə qarşılanmamaqdan əlavə ölkə xalqının və İranın azəri dilli əhalisinin etirazları ilə gey-parad da ləğv olundu". İmam cümə Azərbaycan hakimiyyətinin sionistlərin təsiri ilə anti-İslam hərəkətlər atmasına da toxunaraq deyib: "ABŞ və sionist rejim Azərbaycanda pozğunluğu tərvic etməklə onu ikinci İsrailə çevirmək istəyirlər". Ayətullah Şəbüstəri həmçinin, Ali Məqamlı Rəhbərin "əgər millətlər və dövlətlər dindən ayrı düşsələr puç və məhv olarlar"- bəyanatına işarə edərək ABŞ və sionist rejiminə xəbərdarlıq edib: "Amerika və sionist rejimi bilsinlər ki, Azərbaycan Respublikası İslam ölkəsidir və xalqın əqidəsini onların əlindən ala bilməzlər. Üstəlik, Azərbaycanı ikinci İsrailə çevirmək arzusunu özləri ilə qəbrə aparacaqlar".

 

  • Yazılıb
  • da (də) 2012 Jun 02