Tarix : 2012 Jun 02
Kod 30783

Azərbaycan İsrailin silah istehsalçılarını ziyandan xilas edib – KİV

Azərbaycan daha çox öz hərbisinin deyil, İsrail şirkətlərinin xeyrinə iş görür
/Aran agentliyi

 

HaqqYolu - Azərbaycanın "Israeli Aerospace Industries" (IAI) konsernindən silah alması, sonuncunu satış bazarının kəskin azalması nəticəsində yaranmış böyük ziyandan xilas edib.

SalamNews-un IzRus-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Müdafiə Nazirliyi ilə "Israeli Aerospace Industries" (IAI) konserni arasında 2012-ci ilin əvvəlində bağlanmış 1,6 milyard dollar dəyərində hərbi məhsulun alınması üzrə saziş, İsrail istehsalçısını ciddi maliyyə çətinliklərindən xilas edib. Cari ilin birinci rübündə IAI-nin təmiz gəliri 54 milyon dollar təşkil etməklə, 2011-ci ilin analoji müddəti ilə müqayisədə 16% artıb.

Məlumata əsəsən, dünyanın aviasiya sənayesi iqtisadi böhran səbəbindən uğursuzluğa məruz qalır. Qərb ölkələri həm hərbi, həm də digər avadanlığı daha az alır. IAI-da qeyd edilir ki, aviaşirkətlər tərəfindən alınan kiçik mülki təyyarələr üçün mühərriklərin istehsalına ehtiyac çox azalıb.

IzRus portalının verdiyi xəbərə görə, IAI və Azərbaycan arasında razılaşmanın bağlanması fevralda məlum olub. Söhbət pilotsuz uçuş aparatlarının (PUA) və ən yeni HHM sistemlərinin ixracından gedir. Həmçinin İsrail mütəxəssislərinin yerli həmkarlarına yeni sistemlərlə bağlı təlimlər keçmək üçün Azərbaycana gəlməsi barədə də razılığa gəlinib.

2011-ci ilin dekabrında Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, onun idarəsi 2012-ci ildə PUA "Aerostar" və "Orbiter-2M"in istehsalını nizamlamaq niyyətindədir. Onların istehsalı ilə "Baku's Azad Systems Co" məşğul olacaq. Cari ildə 60 PUA istehsal olunması nəzərdə tutulub.

  • Yazılıb
  • da (də) 2012 Jun 02