Tarix : 2012 Jun 03
Kod 30792

Ərdəbilin imam cüməsi: Amerikasayağı islam odur ki, bir tərəfdən İslamdan danışır, bir tərəfdən i...

bir tərəfdən də qızların məktəbdə oxumasını onların hicablarını açaması ilə şərtləndirir, müsəlmanların namusunun başından hicabı götürür
/Aran agentliyi

AranNews - Ərdəbilin imam cüməsi bu həftəki cümə namazının xütbələrində regionda baş verən hadisələr işarə edərək, Suriyanın Hola şəhərindəki qorxunc qətliamı pisləyərək, bu əməli islami oyanış nəticəsində Yaxın Şərqi əldən verməkdə olan Amerika və sionist rejimin vasitəsilə olduğunu bildirdi.

Seyid Həsən Amili mərhum imam Xomeyninin vəfatının ildönümünü münasibətilə o həzrətin bəzi xüsusiyyətlərindən də danışaraq dedi: "İmam inqilabın əvvəlindən ömrünün sonuna kimi yoxsul, ayaqyalın və məhrum təbəqəyə söykəndi və həmişə məsullara tapşırırdı: "Siz bu ölkənin zəif təbəqəsinə borclusunuz." Özü də əməli surətdə zəif təbəqədən ayrılmadı".

Vəliyyi-fəqihin nümayəndəsi artırdı: "İmamın şah əsərlərindən biri də xalis Məhəmməd (s) dinini amerikasayağı İslamdan ayırması oldu". Sonra o amerikasayağı İslamı izah edərək dedi: "Amerikasayağı İslam odur ki, bir tərəfdən İslamdan danışır, bir tərəfdən də İsraillə strateji əməkdaşlığa müqavilə bağlayır. Bir tərəfdən İslamdan danışır, bir tərəfdən də İncirlik bazasını NATO-nun ixtiyarına verir. Bir tərəfdən İslamdan danışır, bir tərəfdən də İsraillə birgə manevr keçirir, İsrail üçün səfirlik açır, Şimon Presi ölkəsinə dəvət edir, ona qırmızı xalça sərir. Boğaza qədər qan içində boğulan Libermanı ölkəsinə dəvət edir, onunla müqavilə bağlayır.  Bir tərəfdən İslamdan danışır, bir tərəfdən də Rəfəh keçidini məzlum fələstinlilərin üzünə bağlayır. Bir tərəfdən İslamdan danışır, bir tərəfdən də Eurovision müsabiqəsi keçirir, həyasızlığı tərvic edir. İsraili qaz və yanacaqla təmin edir. Bir tərəfdən İslamdan danışır, bir tərəfdən də gözəllik müsabiqəsi keçirir, ərəb rəqsi təşkil edir. Bir tərəfdən İslamdan danışır,  bir tərəfdən də qızların məktəbdə oxumasını onların hicablarını açaması ilə şərtləndirir, müsəlmanların namusunun başından hicabı götürür. Bir tərəfdən İslamdan danışır, bir tərəfdən də Aşura gecəsi ABŞ prezidenti ilə şərab içir. Bir tərəfdən İslamdan danışır, bir tərəfdən də ən çox gəliri əxlaqsızlıq yuvalarından, kazinolardan, bar və qumarxanalardandır. Bir tərəfdən İslamdan danışır, bir tərəfdən də Hizbullah və Həmasla müxalifət edir, onların işinin dayanması üçün milyardlarla rüşvət təklif edir. Bir tərəfdən Peyğəmbərin (s) mövludunu keçirməyi bidət bilir, bir tərəfdən isə vəhy ölkəsində Kondoliza Raisa ad günü keçirir".

Vəliyyi-fəqihin nümayəndəsi artırdı: "Amerikasayağı İslam, hətta şeytanla əməkdaşlıq sazişi bağlamağa hazır olan sönmüş İslam deməkdir. Sözsüz ki, amerikasayağı İslamın icraçıları dünya imperializminin xüsusi muzdurlarıdır və onlar nə qədər vardırsa, ixtilaf, xəyanət, bədbəxtlik, qətl və qarətin acı kölgəsi İslam ümmətinin başı üzərində olacaqdır".

 

  • Yazılıb
  • da (də) 2012 Jun 03