Azərbaycan dövləti bir televiziya kanalı işə salıb ki, sübhdən axşama kimi ''Azərbaycanın vəhdəti''ndən danışır
/Aran agentliyi
AranNews - "Azərbaycan dövləti bir televiziya kanalı işə salıb ki, sübhdən axşama kimi "Azərbaycanın vəhdəti"ndən danışır. Bu vəhdət düzgündür, amma bu 30 milyon İranlı azəridir ki, gərək öz qardaşlarına qucaq açsın, nəinki İran azəriləri gedib onlarla birləşsinlər". Bu sözləri "Amerikanın səsi" (VOA) kanalının siyasi eksperti Əlirza Nurizadə 1 iyunda "Təfsire Xəbər" proqramında Azərbaycan dövlətinin gərginlik yaradan hərəkətlərinə işarə edərkən deyib.
Proqramın davamında verlişdə iştirak edən ekspert Məhəmməd Səhimi deyib: "Azərbaycanda bəzi ifratçı qüvvələr Azərbaycan Respublikasının "Şimalı Azərbaycan" adlanmasını istəyirlər. Bu məna ilə ki, Cənubi Azərbaycan İranda işğal altındadır". Məhəmməd Səhimi Nurizadənin sözlərini təsdiqləyərək artırıb: "Tarixi baxımdan Azərbaycan Respublikasının torpağı İranın bir hissəsidir və 200 il bundan qabaq İran və Rusiya arasında bağlanan müqavilə ilə Ana Vətəndən ayrılmışdır".
O, həmçinin Azərbaycanın prezidenti barədə deyib: "İlham Əliyev qərb düşkünü olaraq, İsraili çox tərifləyir".