Tarix : 2012 Jun 03
Kod 30800

İslam İnqilabının Böyük Rəhbərinin İmam Xomeyni(r.ə)-in vəfatının ildönümü münasibətilə çıxışı

İslam İnqilabının Böyük Rəhbəri İran xalqının ötən 33 ildə elm və texnologiyalar sahəsindəki nailiyyətlərinin habelə, siyasi, hərbi, təhlükəsizlik və iqtisadiyyat sahələrindəki ...
/Aran agentliyi

İslam İnqilabının Böyük Rəhbəri İran xalqının ötən 33 ildə elm və texnologiyalar sahəsindəki nailiyyətlərinin habelə, siyasi, hərbi, təhlükəsizlik və iqtisadiyyat sahələrindəki çətinliklərə qələbə çalmasının dünya hegemoniyasının İranın İslam Quruluşunu devirmək üzrə səylərini məğlubiyyətə uğratdığını vurğulayıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün İran İslam Respublikasının memarı Həzrət İmam Xomeyni(r.ə)-in vəfatının 23-cü ildönümü münasibəti ilə keçiriləm mərasimdə çıxış edərək, deyiblər: İran xalqı bu gün siyasi iqtidar və dünya hadisələrinə təsir qüdrətinə və İslam İnqilabından öncəki illər ilə müqayisədə regional və beynəlxalq səhnədə daha güclü iştiraka malikdir.

İslam İnqilabının Böyük Rəhbəri Qərbin İran İslam Respublikasına qarşı sanksiyalarının İran xalqı üçün inkişaf yolunda sürətlə addımlama fürsəti yaratdığını deyərək, bildiriblər: İnkişafa doğru hərəkət davamlı şəkildə olmalıdır və İran xalqı xüsusilə də İran İslam Respublikası rəsmiləri bilməlidirlər ki, inkişaf prosesinin dayanması zillət dövrünün bir daha İslami İrana geri dönməsinə səbəb olacaq.

Həzrət Ayətullahuluzma Xameni İranın inkişaf amillərindən birini xəlqi və demokratik quruluşun olması adlandırıb və deyiblər: Seçkilər əzəmət nişanəsidir və İran xalqının səhnədə olmasından xəbər verir.

İslam İnqilabının Böyük Rəhbəri Qərb ölkələrinin İranı nüvə təhlükəsi kimi qələmə vermək üzrə cəhdlərini dünyanın ümumi fikrini aldatmaq adlandırıb və deyiblər: Onlar İranın nüvə fəaliyyətlərindən heç bir nigaranlığa malik deyillər. Onları qorxudan İranın iqtisadiyyat, siyasət, ictimai və elmi sahələrdəki inkişafıdır. Çünki, onlar yaxşı bilirlər ki, İran xalqı super güclərə söykənmədən həqiqi inkişafa nail olub.

Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: ABŞ dünya ölkələrinə bu fikri aşılmağa çalışır ki, guya bu ölkənin himayələri olmadan inkişafa nail ola bilməzlər. Amma, İran xalqı ötən 3 onillikdə sübut edib ki, ABŞ-ın himayələri olmadan da inkişafa nail olmaq olar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei İranın hazırkı sürətli inkişafını İmam Xomeyni(r.ə)-in düşüncələri və başlatdığı hərəkatın nəticələri adlandırıb və buyurublar: İran xalqı İslam Respublikasının dahi memarından aldığı dərslər ilə öz potensiallarını üzə çıxartmağa, milli izzətə gedən yolu aşkar etməyə nail olub və bu gün o həzrətin irsi olan güclü və inkişaf etmiş İran hamının gözləri önündədir.

Həzrət Ayətullahuluzma Xamenei İmam Xomeynini İslam Hərəkatı və İslami Oyanışın atası adlandırıb və deyiblər: İmam Xomeyninin(r.ə) ən mühüm xətti və yolu İran xalqına milli izzət ruhu bəxş etmək idi ki, bu əzəmətli hərəkət ilə İran xalqı bütün maneələri arxada qoyaraq, inkişafa, problemlərin həllinə və aliliyə nail oldu.

İslam İnqilabının Böyük Rəhbəri milli izzətin cəmiyyətləri, düşmənlərin onların mənafeləri üzərindəki qələbələrdən qoruyacağını deyərək, vurğulayıblar: İmam Xomeyni(r.ə) İranın idarəçiliyini tam qətiyyətlə ələ aldığı zaman İranın izzəti və inkişafı yolunda duran bütün maneələri aradan qaldırmağa nail oldu.

Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: İranda İslam İnqilabından öncə ölkə siyasi baxımından son dərəcə təcridə məruz qalmışdı və beynəlxalq dəyişikliklərdə heç bir təsirə malik deyildi. Daxili siyasətə gəldikdə isə xarici dövlətlərin təsiri və istilası altında idi. Müstəmləkəçi dövlətlər isə bu məsələdən su-istifadə edərək, İranın sərvətini qarət edirdilər. Halbuki, dövlət başçıları ölkənin təhlükəsizliyini, sabitliyini qorumaq iqtidarına malik deyildilər.Amma, İran xalqı İmam Xomeyninin(r.ə) tövsiyələrinə və göstərişlərinə əməl edərək, bu yağmalara və qarətlərə son qoydu və İranı izzət sahibi etdi.

İslam İnqilabının Böyük Rəhbəri sionist rejimin İranın elm və digər sahələrdəki sürətli inkişafına mane olmaq üzrə fitnələrinə işarə edərək, deyiblər: ABŞ və sionizmin bəzi başçıları bu gün etiraf etməyə məcbur olublar ki, İran dünya hadisələrində təsir gücünə malik olan bir ölkəyə çevrilib və regional və beynəlxalq dəyişikliklərə güclü formada təsir edir.

Həzrət Ayətullahuluzma Xamenei əlavə edib: Hazırda İranın hər bir guşəsində müşahidə olunan abadlıq və inkişaf, ən mürəkkəb sənaye dəzgahlarının ölkədə istehsal edilməsi, elektrik stansiyalarının quraşdırılması, bütün bunlar yerli mütəxəssislərin səylərinin nəticəsidir. Bütün bunlar İran İslam Respublikasını bu sahələrdə super dövlətlərə bağlılıqdan qurtarıb və müstəqil edib. Və bu elmləri və texnologiyaları onların inhisarından çıxarıb.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin, regionda cərəyan edən xalq qiyamlarına, İslami Oyanış hərəkatına və diktator rejimlərinin süqutuna işarə edərək, deyiblər: Müsəlman xalqlar Qərbin islam inqilablarını müsadirə etmək üzrə fitnəsi qarşısında müqavimət göstərməli və ayıq olmalıdırlar.

  • Yazılıb
  • da (də) 2012 Jun 03