Tarix : 2012 Jun 03
Kod 30801

Hacı Şahin Həsənli: ''Ümid edirik ki, DQİDK-nin yeni sədri daha öncə buraxılan səhvləri düzəldəcək''

Ümid edirik ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) yeni təyin edilmiş sədr daha öncə buraxılan səhvləri düzəldəcək və Azərbaycanda din-dövlət ...
/Aran agentliyi

Ümid edirik ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) yeni təyin edilmiş sədr daha öncə buraxılan səhvləri düzəldəcək və Azərbaycanda din-dövlət münasibətlərini müsbət məcrada inkişaf etdirəcək. Bunu Salam News–a müsahibəsində ilahiyyatçı Hacı Şahin Həsənli bildirib.

O qeyd edib ki, Azərbaycanda inanclı insanlarla dövlət arasında yanlış siyasət üzündən uçurum yaranıb.

Qeyd edək ki, son illərdə Azərbaycan Respublikasında tolerantlıq siyasəti söylənildiyi bir vaxtda, islam dininin atributlarından biri olan azan səsi və hicab qadağan olundu. Din fəalları və ruhanilər həbs edildi və dini məzmunlu materialların satışına qadağalar və cərimələr sərtləşdirildi.

Səhər TV

  • Yazılıb
  • da (də) 2012 Jun 03