Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev hesab edir ki, Ə.Həsənov Azərbaycan kişisinə...
/Aran agentliyi
HaqqYolu - Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev hesab edir ki, Ə.Həsənov Azərbaycan kişisinə layiq olmayan fikirlər səsləndirib: "Ümumiyyətlə kişiyə layiq olmayan sözlər deyib. Azərbaycanın daxili siyasətinin sözçüsü olan Əli Həsənov son zamanlar olduqca ekssentrik fikirlər səsləndirir. Hesab edirəm ki, bu fikirlər heç kimə başucalığı gətirmir. Bu gün azadlıq və demokratiya naminə meydanlara qadınlarımız da çıxırsa, bunu ancaq alqışlamaq lazımdır. Əli Həsənov heç olmasa, susmalı, ağzına gələni danışmamalı idi". (azadliq.az)