Tarix : 2012 Jun 04
Kod 30810

Sabah Hacı İlham Əliyevin məhkəməsidir

Məhkəmə Xəzər rayonunda keçiriləcək
/Aran agentliyi

HaqqYolu - İlahiyyatçı alim Hacı İlham "liyevin məhkəməsi olacaq. İslamazeri.az-ın verdiyi xəbərə görə, məhkəmə 5 iyun 2012-ci il tarixində saat 10:30-da Xəzər rayon məhkəməsində baş tutacaq. Məhkəməyə sədrliyi hakim Fatma Miriyeva edəcək.

Xatırladaq ki, ilahiyyatçı İlham Əliyev Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə ittiham olunur.

İslamAzəri

  • Yazılıb
  • da (də) 2012 Jun 04