Tarix : 2012 Jun 05
Kod 30813

İLHAM ƏLİYEV: Azərbaycan islam dünyasının ayrılmaz parçasıdır!

“Biz islam həmrəyliyinin gücləndirilməsi üçün əməli addımlar atırıq. Bakıda keçirilən müxtəlif tədbirlər bunun əyani göstəricisidir”
/Aran agentliyi

 

Bu sözləri Prezident İlham Əliyev "Twitter" sosial şəbəkəsində yazıb. Dövlət başçısı bildirib ki, Azərbaycanın milli dəyərləri islam dəyərləri əsasında formalaşıb: "Azərbaycan xalqı və Azərbaycan islam dünyasının ayrılmaz parçasıdır. Bu, bizim tariximizdir, ənənəmizdir. Biz Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərini, ənənələrini qorumalıyıq, saxlamalıyıq, təbliğ etməliyik. Azərbaycan müstəqil ölkə kimi inkişaf edir. Bizim inkişafımızdan əlbəttə ki, Azərbaycan vətəndaşları, dostlarımız bəhrələnir"  

p.s 100-ə yaxın islamçı həbsdə olan vaxtda, məktəblər də hicaba yasağ qoyulan zamanda, dini məhsulların satışı qadağan edilən durumda, məscidlər məhkəməyə verilib sökülən ölkədə və s. İlham Əliyev tərəfindən bu fikirlərin səslənməyi insanda böyük təəccübə səbəb olur

  • Yazılıb
  • da (də) 2012 Jun 05