Tarix : 2012 Jun 05
Kod 30823

''Qarabağ geri qaytarılmayacaq''

''Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur və ola bilməz
/Aran agentliyi

 

 

HaqqYolu - "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur və ola bilməz". Bunu ABŞ-ın dövlət katibi Hillari Klinton Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla birgə mətbuat konfransında bəyan edib.

Hillari Klinton bildirib ki, son hadisələrdən (Ermənistan tərəfinin cəbhə xəttində əsgərlərin ölümü ilə bağlı yaydığı məlumatlardan - ANS PRESS) məyusluqla xəbər tutub və gənc əsgərlərin mənasız ölümündən narahatdır: “Güc tətbiqi məsələni həll etməyəcək. Ona görə də onun tətbiqi istisna edilməlidir”.

Hillari Klinton tərəfləri güc tətbiqindən çəkinməyə çağırıb və bildirib ki, eyni çağırışı iyunun 6-da Bakıda da səsləndirəcək.

Dövlət katibinin fikrincə, kədərli hadisələr tərəfləri danışıqlar prosesindən çəkindirməməlidir. “Yekun həll yolu tapılmalıdır və bu məsələdə təkcə prezidentlərin yox, həm də iki ölkə əhalisinin rolu vacibdir”, - deyən Hillari Klinton əlavə edib ki, bu, uzun yol olsa da, irəliləmək vacibdir. Birləşmiş Ştatların xarici siyasət idarəsinin rəhbəri hesab edir ki, cəbhə xəttindəki insidentlərin ağır nəticələri ola bilər.

Münaqişə Helsinki aktının bütün prinsipləri əsasında və onlardan hər hansı birinə üstünlük verilmədən həll olunmalıdır. Prosesin davam etdirilməsi, tərəfləri maraqlarına uyğun həllin tapılması və güc tətbiqindən çəkinmək vacibdir”, - Hillari Klinton qeyd edib.

Hillari Klinton Ermənistana səfərini başa vuraraq Gürcüstana gedib. Dövlət katibinin təyyarəsi Batumi beynəlxalq hava limanına enib. Hillari Klintonu Gürcüstanın xarici işlər naziri Qriqol Vvaşadze, onun müavini Nino Kalandze, Gürcüstanın ABŞ-dakı səfiri Temur Yakobaşvili, Acarıstanın hökumət rəhbəri Levan Varşalomidze, eləcə də, ABŞ-ın Gürcüstandakı səfiri Con Bas qarşılayıblar.

Hillari Klinton Batumidə iki gün qalacaq. O, iyunun 6-da səhər Bakıya yola düşəcək. Bu gün ABŞ-ın dövlət katibi Gürcüstan prezidenti Mixail Saakaşvili, eləcə də, müxalifət nümayəndələri ilə görüşəcək. Hillari Klinton Gürcüstanın baş naziri Nikoloz Gilauri ilə birlikdə ABŞ-Gürcüstan strateji müttəfiqliyi üzrə komissiyanın iclasına həmsədrlik edəcək. (ans)

  • Yazılıb
  • da (də) 2012 Jun 05