Tarix : 2012 Jun 05
Kod 30827

Məscid sökməyin mükafatı

Hidayət Orucov prezidentdən fərdi təqaüd alacaq
/Aran agentliyi

 

HaqqYolu - H.X.Orucova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Hidayət Xuduş oğlu Orucova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 iyun 2012-ci il.

P.S. Hidayət Orucovun uzunmüddətli səmərəli fəaliyyəti nəticəsində minlərlə dini kitab yandırıldı, neçə-neçə məscid söküldü yaxud da bağlandı... Bu da səmərəli fəaliyyət... Hər halda İlham Əliyev belə qəbul edir...

Prezident.az

  • Yazılıb
  • da (də) 2012 Jun 05