Tarix : 2012 Jun 05
Kod 30828

Heç kəsin Azərbaycan Xalqının adından danışmaq hüququ yoxdur

Rövşən Əhmədli: ''Azərbaycanın işğal edilmiş əraziləri Fələstin torpaqları kimi 60-70 il təcavüz altında qalmamalıdır''
/Aran agentliyi

 

 

Azərbaycanda vaxtı ilə ana müxalifət hesab edilən bir sıra partiyalar Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi ilə bağlı beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürmüşdülər. Lakin bu Azərbaycan xalqının iradəsi və mövqeyi deyil. Bu Azərbaycan konstitusiyasına zidd bir məsələdir.” Bu sözləri AİP-in sədr müavini Rövşən Əhmədli, ABŞ-ın dövlət katibi Hillari Klintonun Ermənistana səfəri zamanı səsləndirdiyi “Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur və ola bilməz” fikirləri ilə bağlı FaktXeber.com-a açıqlama verərkən qeyd edib. AİP funksioneri qeyd etdi ki, Azərbaycan münaqişə ilə bağlı danışığa üstünlük verdiyini bildirməklə yanaşı, danışıq üçün müddət təyin etməlidir: “Ona görə ki, Azərbaycanın işğal edilmiş əraziləri Fələstin torpaqları kimi 60-70 il təcavüz altında qalmamalıdır. Münaqişənin sülh yolu ilə həlli variantı üçün müddət təyin edilməlidir. Vaxt müddəti bitdikdən sonra bütün vasitələrdən imtina edərək müharibə yoluna əl atılmalıdır. Azərbaycan öz konstitusiyasına və beynəlxalq qanunlara uyğun olaraq torpaqlarını müharibə ilə işğaldan azad etmək hüququna malikdir.”

Hillari Klintonun Azərbaycan xalqının əvəzindən danışmaq hüquq olmadığını qeyd edən Rövşən bəy, “ABŞ öz maraqları çərçivəsindən Qarabağ münaqişəsinə baxır. Ona görə də Klinton bu cür fikirlər səsləndirir”,-deyə bildirdi: “Klintonun bu sözləri öz maraqlarına görə səsləndirib.”

HaqqYolu

  • Yazılıb
  • da (də) 2012 Jun 05