Tarix : 2012 Jun 05
Kod 30829

Azərbaycan və Ermənistan XİN-lərinin görüşü olacaq

Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarov iyunun 18-də erməni həmkarı Edvard Nalbəndiyan ilə görüşəcəyindən xəbər verib
/Aran agentliyi

 

Azərbaycan Respublikası Xarici İşlər Naziri Elmar Məmmədyarov iyunun 18-də erməni həmkarı Edvard Nalbəndiyan ilə görüşəcəyindən xəbər verib. Elmar Məmmədyarov bu gün qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində 5 Azərbaycan hərbçisinin həlak olması ilə bağlı sualı belə cavablandırıb : “Bu cür mürəkkəb münaqişəni bir gecəyə həll etmək mümkün deyil. Buna görə də münaqişənin mərhələli şəkildə həllinə tərəfdarıq”.

Elmar Məmmədyarov əlavə edib : ““İyunun 18-də nazirlər səviyyəsində keçiriləcək görüşdə biz öz tərəfimizdən Ermənistan tərəfi başa salmağa çalışacağıq ki, mövcud pat vəziyyəti real deyil və bu situasiyanın nəticəsi olaraq qoşunların təmas xəttində gənc insanlar ölür. Bu məsələ ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri zamanı da müzakirə olunacaq”.

Qeyd etmək lazımdir ki, rəsmi Bakı ilə rəsmi İrəvan arasında xalq üçün müsbət nəticə verməyən siyasi və qeyri siyasi təmaslar ABŞ və Rusiyanın nəzarəti altında davam etdirilir. Bu təmaslar çərçivəsində vaxtaşırı Azərbaycan Respublikası ilə Ermənistan prezidentləri və xarici işlər nazirlərinin birgə əyləncələri təşkil olunur.

  • Yazılıb
  • da (də) 2012 Jun 05