Səfərdə məqsəd İsrail-Azərbaycan Assambleyası Konqresində iştirak etməkdir. Bu assambleya işğal olunmuş Fələstində fəaliyyət göstərir
/Aran agentliyi
Azərbaycan Respublikası Parlamentinin yəhudi deputatı Yevda Abramov Asim Mollazadə, Fərəc Quliyev və özünün də daxil olduğu nümayəndə heyətinin sabah İsrail rejiminin dəvəti ilə işğal olunmuş Fələstinə səfər edəcəyini bildirib.
Səfərdə məqsəd İsrail-Azərbaycan Assambleyası Konqresində iştirak etməkdir. Bu assambleya işğal olunmuş Fələstində fəaliyyət göstərir.
Səfər zamanı İsrail rejiminin bir sıra rəsmi şəxsləri o cümlədən xarici işlər naziri Aviqdor Liberman ilə görüş də nəzərdə tutulub.
Yevda Abramov, Asim Mollazadə və Fərəc Quliyevdən ibarət Parlament heyətinin İsrailə səfəri zamanı Bakı ilə Təl-Əviv münasibətlərinin genişləndirilməsi haqda sionist rəsmilərlə danışıqlar aparılacaq.