Tarix : 2012 Jun 05
Kod 30831

Bakıda Vilayət Bayramı

Bakıda keçirilən mövlud tədbirində azərbaycanlı və iranlılar şadyanalıqla ''Əli, Əli Mövla, Ya Əli'' deyə nəğmələr ifa ediblər
/Aran agentliyi

 

Rəcəb ayının 13-cü günü bütün dünya şiələrinin birinci imamı Həzrət Əmirəl Möminin Əlinin (ə) mövlud gününün ildönümü münasibətilə Azərbaycan Respublikası şiələri də bu günü təntənə ilə qeyd edib.

İRNA-nın məlumatına əsasən, Bakıda keçirilən mövlud tədbirində azərbaycanlı və iranlılar şadyanalıqla "Əli, Əli Mövla, Ya Əli" deyə nəğmələr ifa ediblər.

Bu mövlud tədbiri Azərbaycan Respublikasında yaşayan iranlıların hüseyniyyəsində keçirilib və iranlılardan başqa azərbaycanlılar da iştirak edib. Tədbir iranlı və azərbaycanlı məddahların mədhiyyələri ilə başladıqdan sonra vilayət ardıcılları "Ləbbeyk Ya Heydər, ləbbeyk"- deyə Əmir əl Möminin Əlinin (ə) mövludunu əziz saxlayıblar.

Tədbirdə şirniyyat paylanıb , şam və xiftən namazları camaatla qılınıb.

Azərbaycan Respublikasının informasiya qaynaqları bu qəbildən olan mövlud tədbirlərinin müxtəlif şəhər və kəndlərin dini məkanlarında keçirildiyini bildirib.

  • Yazılıb
  • da (də) 2012 Jun 05