Vicdan məhbusları yaxın günlərdə azadlığa buraxılacaq. Bu barədə FaktXeber.com adının çəkilməsi istənilməyən mənbəyə istinadən məlumat verib
/Aran agentliyi
Vicdan məhbusları yaxın günlərdə azadlığa buraxılacaq. Bu barədə FaktXeber.com adının çəkilməsi istənilməyən mənbəyə istinadən məlumat verib. Məlumata görə , artıq bununla bağlı dövlət səviyyəsində xüsusi bir komissiya yaradılaraq, azadlığa buraxılacaq məhbusların siyahısı hazırlanıb. Siyahıda vicdan və bir neçə siyasi məhbusun adı olduğu bildirilir. Yaxın günlərdə əfv siyahısı ölkə başçısı tərəfindən imzalanacaq.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Hillari Klintonun Cənubi Qafqaza səfəri başlayıb. Səfərin ilk günlərdə vicdan məhbusu hesab edilən Bəxtiyar Hacıyev azad edildi. Digər vicdan məhbuslarının isə Hillari Klintonun Azərbaycana gəlişinə qədər azad ediləcəyi bildirilir.