/Aran agentliyi
Bakının Nardaran kəndininin sakini olan Bünyadov 2012-ci ilin fevralında həbs edilib. Əbülfəz Bünyadov fevral ayının 18-də saat 14:00 radələrində işlətdiyi aptekdən polislər tərəfindən polis bölməsinə aparılıb.
Fevral ayında həbs olunmuş “İslam həqiqətləri” qəzetinin baş redaktoru Əbülfəz Bünyadov may ayının 14-də Sabunçu Rayon Məhkəməsinin hakiminin qərarı ilə narkotik maddə ittihamı ilə 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Əbülfəz Bunyadov Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunurdu.
Bununlada Azərbaycanda həbsdə olan jurnalistlərin sayı 9 nəfərə çatdı. Bunlar müxtəlif saxta ittihamlarla həbs olunan “İslam həqiqətləri” qəzetinin baş redaktoru Əbülfəz Bünyadov, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Xural” qəzetinin bölgə müxbiri Aydın Canıyev, “Xəyal” TV-nin əməkdaşları - Vüqar Qonaqov və Zaur Quliyev, “islamazeri.az” saytının baş redaktoru Ramin Bayramov, İranın “Səhər” telekanalının baş redaktoru Anar Bayramlı, “Şəffaflıq” jurnalının baş redaktoru Oqtay Gülalıyev və “Azadxeber.az” saytının baş redaktoru Nicat Əliyevdir.
xeber44