Əziz bacılarım! Azərbaycanın ismətli, iffətli, qeyrətli qızları! Sizi bütün iranlı bacılarımızın adından salamlayıram
/Aran agentliyi
Əziz bacılarım! Azərbaycanın ismətli, iffətli, qeyrətli qızları! Sizi bütün iranlı bacılarımızın adından salamlayıram.
Əziz müsəlman bacılarım, sizin şan-şöhrətiniz, sədaqətiniz, vətənpərvərliyiniz, qəhraman övladlar tərbiyə etməyiniz dünyada şöhrət tapıb.
Azərbaycan torpağı, Azərbaycan milləti tarix boyu müsəlman, hicablı, sədaqətli xanımların sayəsində bu iftixarın sahibi olmuşdur. Azərbaycan xanımları həmişə öz namusunu, dinini, vətənini göz bəbəyi kimi qorumuş, bu yolda böyük qəhrəmanlıqlar göstərmişdir. Onlar dünya şöhrətli alim övladlar tərbiyə etmiş, daim paklıqda dünya qadınlarına nümunə olmuşlar.
Əziz bacılarım biz sizinlə fəxr edirik. Mən Azərbaycanın tarixi diyarlarından, mədəniyyət mərkəzlərindən biri olan Urmiyə şəhərindənəm. Sizə Urmiyədən üz tuturam. Tarix boyu qazandığınız iftixarlara görə sizi alqışlayıram.
Biz əminik ki, siz İslam övladları heç vaxt qərbin uydurmalarına təslim olmayacaqsınız. Eyvrovijn kimi çirkin tədbirlər adınıza ləkə gətirə bilməyəcək. Siz öz pak adınızı qoruyacaqsınız. Azərbaycan bir İslam məmləkətidir, onun öz dəyərləri var. Avropa dəyərləri deyilən adətlər isə sizin şəninizdə deyil. Azərbaycan həmişə müsəlman olub və müsəlman da qalacaq. Sionizmin hiyləsinə uymayacaq, tələsinə düşməyəcək. Əziz azərbaycanlı bacılar! Əsl müsəlman azərbaycanlı kimi yaşayaq. Allahdan sizə uğur diləyirəm.
Urmiyəli bacınız Zəhra Kərimzareqan
HaqqYolu