Hacı Əlikramın səyləri heç vaxt Azərbaycan tarixi və müasir dünyanın islam hərəkatlarının tarixində unudulmayacaq
/Aran agentliyi
Urmiyə Mədəniyyət və İncəsənət zalının ictimai əlaqələrinə istinadən verdiyi məlumata görə 31 may 2012-ci ildə Urmiyənin Mədəniyyət və İncəsənət zalında "Sionizm caynağına düşmüş Azərbaycanı himayə" adı altında konfrans keçirilib.
Bu konfrans alimlər, tələbələr, ziyalılar, məsul şəxslər, şairlər, yazıçılar, universitet və dini hövzə müəllimləri, məsuliyyətli jurnalistlər və Urmiyənin imam cüməsi böyük mücahid Höccətüilslam Həsəninin iştirakı ilə keçirilib.
Qərbi Azərbaycan İslam Təbliğatı idarəsinin baş müdiri Höccətüislam Seyid Məhəmməd Fəxri bu tədbirdə Əliyevlər hakimiyyəti tərəfindən islam və şiə ölkəsi Azərbaycan Respublikasında sionizm siyasəti və mədəniyyətinin nüfuzundan təəssüflənib və bildirib: Təəssüfləndirici haldır ki, bu gün İsrail Azərbaycanın müsəlman xalqının taleyinə hakim kəsilib və İlham Əliyev hökumətini sionist yəhudilər və İsrail rejimi idarə edirlər.
İlham Əliyevin asılı rejimini Azərbaycanda anti-dini proqramların icraçısı, azad möminlərin repressiyası, məscidlərin fəaliyyətinin qarşısının alınması və dini məkanların dağıdılmasının amili adlandıran Fəxri deyib: Biz özümüzə şəri vəzifə hesab edirik ki, Azərbaycanın müsəlman və qeyrətli xalqını Əliyev rejimi tərəfindən icra olunan sionizmin hərtərəfli nəzarəti qarşısında himayə edək.
Qərbi Azərbaycan İslam Təbliğat İdarəsinin baş müdiri Azərbaycan İslam hərəkatının mərhum rəhbəri Hacı Əlikram Əliyevin xatirəsini yad edib və xatırladıb: Hacı Əlikramın səyləri heç vaxt Azərbaycan tarixi və müasir dünyanın islam hərəkatlarının tarixində unudulmayacaq.
Azərbaycanda islami oyanış hərəkatını İslam İnqilabı və İmam Xomeyninin (rəh) ideyalarının, eləcə də Hacı Əlikram və onun birlikdə çalışanlar kimi mücahidlərin səylərinin nəticəsi adlandıran Fəxri deyib: Şübhəsiz Azərbaycanda islam hərəkatı parlaq nəticəyə çatacaq və Əliyevə bağlı rejim Azərbaycanın müsəlman və qeyrətli xalqının iradəsi qarşısında bu islam ölkəsində sionistlərin anti-milli və anti-islam tələblərini icra edə bilməz.
Bu məlumata əsasən, Qumda yaşayan azərbaycanlı mübariz ruhani İsgəndər Hüseynov da Heydər Əliyev və oğlu İlham Əliyev rejiminin sionistlərlə əlbir olaraq Azərbaycan Respublikasının müsəlman xalqına qarşı xəyanətlərinə toxunaraq, bu xəyanətlərdən bir neçəsini sadalayıb və deyib: Xalqımız Əliyevlər rejimindən heç bir müsbət addımı xatırlamır. Bu ötən 20 ildə bu rejim bacardığı qədər ölkəmizin ehtiyatlarını öz ailəsinin xeyrinə qarət edib, yaxud israilli və amerikalı ağalarının ciblərinə doldurub və ölkəmizi daha artıq Amerika, Avropa və sionist İsrail rejimindən asılı edib.
Hüseynov xatırladıb: Müsəlman Azərbaycanın təlim-tərbiyəsi sionist yəhudilərin birbaşa nəzarəti altında idarə olunur və müsəlman övladlarımızın dərslikləri də bu islam düşmənlərinin təsdiqi ilə tənzimlənir. Bu da ölkəmizdə mədəniyyət faciəsinin ən pik həddidir.
"Qərblilər hər gün İlham Əliyev rejimini daha artıq zəlilliyə çəkməyə və Azərbaycanda islam dini və şiə məktəbinin daha artıq məhv olmasına, xalqını repressiya etməyə və onu ən yaxşı qonşusu İslam Respublikası ilə düşmənçiliyə sövq etməyə çalışırlar. O da, gözübağlı sionist və qərbli ağalarının bu əmrlərini həyata keçirir" –deyə Hüseynov bildirib.
Qeyd etmək lazımdır ki, bu konfransda Təbrizdə yaşayan Xalxal əsilli alim Seyid Məsud Nəqib və Tehrandan Beytullah Cəfəri Azərbaycanın son vəziyyəti barəsində öz fikirlərini bəyan ediblər və urmiyəli yazıçı xanım Zəhra Kərimzadəqan "Azərbaycanlı bacılarıma məktub" adlı məqaləsini iştirakçılara oxuyub və iştirakçılar tərəfindən alqışlanıb.