Tarix : 2012 Jun 06
Kod 30857

Hacı Səxavət Əliyevə hökm oxunub

Hacı Səxavət Əliyevə hökm oxunub
/Aran agentliyi

bu gün ruhani hacı Səxavət Əliyevin məhkəməsi keçirilib. Suraxanı rayon məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı ruhaniyə 1 il 6 ay həbs cəzası verilməsini istəyib. Hakim də prokurorla razılaşaraq Hacı Səxavət Əliyevə həbs cəzası verib.

Ruhani cəzasının qalan müddətini yüngül cəza çəkmə müəssisəsində keçirəcək.

Qeyd edək ki, Hacı Səxavət Əliyev də narkotik ittihamı ilə həbs olunmuşdu. Ruhani məsciddən evinə gedən zaman naməlum şəxslər tərfindən aparılmış sonradan onun üzərindən narkotik "tapılmışdır."

İslamAzəri

  • Yazılıb
  • da (də) 2012 Jun 06