Tarix : 2012 Jun 06
Kod 30858

Hillari Klinton Bakıya gəlib

ABŞ dövlət katibi Hillari Klinton Cənubi Qafqaz turunun davamında bu gün Az. R-na daxil olub
/Aran agentliyi

ABŞ dövlət katibi Hillari Klinton Cənubi Qafqaz turunun davamında bu gün Az. R-na daxil olub.

Müxbirimizin məlumatına əsasən, xanım Klinton Bakıya gələn kimi Beynəlxalq Neft və Qaz Sərgisinə baş çəkib.

ABŞ dövlət katibinin Az. R. rəsmiləri ilə görüşündə ikitərəfli əlaqələr, regional məsələlər , enerji layihələri və Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi apardığı bildirilir.

Xatırladaq ki, Amerika ATƏT Minsk Qrupunun həmsədri olaraq Qarabağ münaqişəsinin həllində vasitəçilik edir. ABŞ konqresi tərəfindən Az. R- nın əleyhinə 1992-ci ildə qəbul olunmuş sanksiyalar isə hələ də qüvvədədir.

  • Yazılıb
  • da (də) 2012 Jun 06