Son günlərdə Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənovun sifarişi ilə İran İslam Respublikasına ...
/Aran agentliyi
Tehran Radiosu - Son günlərdə Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənovun sifarişi ilə İran İslam Respublikasına qarşı Bakı mətbuatındakı qara PR kampaniyasına bir qədər də əlavə olunub.
Məsələnin əsas səbəbi isə rəsmi Bakının gey-parad uğursuzluğu və Avroviziya mahnı müsabiqəsi ərəfəsində Azərbaycan Respublikası iqtidarının mənfi siyasətlərinin tənqid olunmasıdır.
Azərbaycan Respublikası hökumət rəsmiləri xüsusi ilə Əli Həsənov gey-parad uğursuzluqlarına görə qəzəblərini gizlədə bilməyib İslam alimlərini və İran İslam Respublikasını təhqir etməklə qisas almağa çalışırlar. Ancaq bu qisas almaq dinə qarşı çıxanların daha artıq ifşa olunmasına gətirib çıxarır.
Əli Həsənovun dini dəyərləri və din alimlərini təhqir etməsindən öncə, mənfur Sənət qəzetində Rafiq Tağı adlı bir yazar oxşar təhqirə yol vermişdi.
Artıq Sənət qəzeti kimi qəzetlərə nəzarət missiyasına məsuliyyət daşıyan Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov özü də bilavasitə dinə qarşı təbliğatda işə düşüb.
Əli Həsənovun bu sahədə işə düşməsinə reaksiya olaraq Haqqyolu İnistitunun saytı Əli Həsənovun barəsində Xural qəzetindən götürülmüş bir məqaləni yenidən nəşr edib.
Məqalədə oxuyuruq : “ Azərbaycan mətbuatının bu ağlar günə salınmasında birbaşa günahkar Əli Həsənovdur. Mətbuat Şurası da, KİVDF (də onun başının məhsuludur. İTV-nin və AzTV-nin vicdansızlıq püskürən ekranları qalıb bir neçə nəfər mətbuatla əlaqəsi olmayan adamın ümidinə. Yorulmurlar təhqirdən, təkəbbürlü danışıqdan, prezidentlərini aldatmaqdan. Utanmırlar… Başlarında Əli Həsənov… O, hər kəsdən yazılmasına normal yanaşır, bir özündən başqa. Özündən yuxarılar və aşağılar umurunda deyil – bircə Əli Həsənovdan və onun imperiyasından yazmasınlar.”
Məqalədə əlavə olunub : “Əli Həsənov mətbuatla bağlı kuratordur. Mətbuatla bağlı kurator isə mətbuata açıq və şəffaf olmalıdır. İndi mən təxminən 7-8 cümlə yazacağam. Bu cümlələri eşidəndə Əli Həsənovun hirsindən gözləri kəlləsinə çıxır və başlayır bizə qəbir qazmağa…..Buyurun Əli Həsənov haqqında bir neçə cümlə:
1. Əli Həsənovun kürəkəni bir nazirin oğlunun çənəsini qırdığına görə, hüquq-mühafizə orqanlarından qovuldu. Kürəkən taxtına oturandan sonra isə Bakı şəhərinin əzəmətli bir polis bölməsinə rəis təyin olundu.?!
2. Əli Həsənovun qardaşı İsa Həsənov Sabunçu rayonunda Allaha bəndəlik eləmir və hər ev tikəndən 3.000-5.000 manat arası rüşvət alır. Verməyənin evini başına uçurur. 3. Əli Həsənov bütün «Azərbaycan» nəşriyyatını satın alır. Hissə-hissə nəşriyyat sökülür və Əli Həsənovun şirkətlərinin, media qurumlarının cənginə keçir. Dövlətin milyon manatlıq dəzgahları silinir, keçir Əli Həsənovun əllərinə.
4. Əli Həsənov yaratdığı və həyat yoldaşının əli ilə idarə etdiyi «Kaspi» mediaholdinqlə Azərbaycan mətbuatının şah damarlarını kəsir. Bütün qəzet-satış bazarını ələ keçirib. Qəzetlərimizi ölkənin hər tərəfinə daşıyan və satdıran firmalar birbaşa onun nəzarətindədir.
Bunlar hələ nədir ki? İnsanın damarlarında qanı donur. İlahi, vaxtıyla kirayə üzü görən, qapançı işləyən, maaş sıxıntısı çəkən, ilk avtomobilə minəndə kövrələrək «biz də avtomobil görərmişik» deyən bir insan azad və müstəqil sözə bu qədər qəddar və zalım ola bilərmi? Niyə?! Nədən?!”
Sonda qeyd etmək lazımdır ki, bu məqalənin Xural qəzetində nəşr olunmasından az sonra qəzetin baş redaktoru Əvəz Zeynallı 2011-ci ilin oktyabrında Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə şərlənərək həbsə atılıb.