Tarix : 2012 Jun 06
Kod 30860

Türkiyə Ermənistan rəsmilərini dəvət etdi

Türkiyə hökuməti Ermənistan prezidenti və xarici işlər nazirini Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak etməyə dəvət edib
/Aran agentliyi

 

Tehran Radiosu - Türkiyə hökuməti Ermənistan prezidenti və xarici işlər nazirini Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak etməyə dəvət edib.

Türkiyənin Zaman qəzetinin internet portalının məlumatına görə, bu iclas 26 iyunda Türkiyə prezidenti Abdulla Gülün ev sahibliyi ilə İstanbulda keçiriləcək. Türkiyə iyul ayından Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının dövrü sədri olacaq.

Zaman qəzeti yazır: Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının təsis olunmasının 20-ci ildönümü münasibəti ilə təşkil olunacaq bu iclasda Ermənistan xarici işlər naziri Eduard Nalbəndyanın iştirak edəcəyi gözlənilir.

Türkiyənin Xarici İşlər Nazirliyinin mənbələri xatırladıblar ki, Nalbəndyan 2008-ci ildə İstanbulda keçirilən Qara Dəniz Əməkdaşlıq Təşkilatının iclasında iştirak edib.

Türkiyənin baş nazirinin müavini Əli Babacan da bundan öncə xarici işlər naziri olduğu dövrdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak etmək üçün İrəvana səfər etmişdi.

  • Yazılıb
  • da (də) 2012 Jun 06