Tarix : 2012 Jun 06
Kod 30861

İran Azərbaycan R-nın qeyri-mədəni hərəkətinə etiraz edib

Azərbaycan Respublikasının bu hərəkəti mədəniyyət oğurluğundan başqa bir şey deyil
/Aran agentliyi

İran mədəniyyət və islam irşad nazirinin müavini İranın mədəniyyət fəxrlərinin müsadirə olunmasına qarşı reaksiya verib:

Azərbaycan Respublikasının bu hərəkəti mədəniyyət oğurluğundan başqa bir şey deyil.

"Azərbaycan Respublikası yaxşı olar ki, mövcud prosesləri nəzərə alaraq öz xarici siyasət sahəsindəki bu hərəkətindən çəkinsin. Digərlərinin mədəniyyət fəxrlərini öz xeyrinə müsadirə və digərlərinə hədiyyə etmək yaxşı hərəkət deyildir" –deyə nazir müavini bildirib.

Aran-Newsun məlumatına görə, İran mədəniyyətinə təcavüz yəqin ki, məsul şəxslər tərəfindən reaksiya ilə üzləşəcək. Əlbəttə bu reaksiyanın mədəni cəhəti vardır. Ölkənin fəxri şəxsləri üçün geniş səviyyədə xatirə mərasimlərinin keçirilməsi mübarizənin yollarından biridir.

Mədəniyyət və islam irşad nazirinin mədəniyyət məsələləri üzrə müavini bir çox ölkədə mədəni fəxrlərin azlığını İranın mədəniyyət müqəddəsliyinə qarşı təcavüzün səbəbi adlandırıb və deyib: Yəqin ki, İslam Respublikası belə təcavüzlər qarşısında sakit qalmayacaq.

Aran-News İRNA-ya istinadən bildirib ki, Bəhmən Dəri İranın tanınmış şairi Nizami Gəncəvinin heykəlinin hazırlanaraq və şəxsiyyəti saxtalaşdırılaraq İtaliyaya hədiyyə olunması və onun Roma şəhəri Vila Burquze parkında qoyulmasını qeyri-mədəni hərəkət adlandırıb.

Dəri bildirib: İranın fəxri şəxsiyyətlərindən biri Nizami Gəncəvinin Azərbaycanda mövcud olmasına dair aydın sənəd və sübutlar mövcuddur və onu sübut etməyə ehtiyac yoxdur.

Mədəniyyət nazirinin müavini söyləyib: Azərbaycan Respublikası yaxşı olar, mövcud prosesləri nəzərə alaraq öz xarici siyasətində bu hərəkətdən çəkinsin. Digərlərinin mədəni fəxri şəxslərini öz xeyrinə müsadirə və digərlərinə hədiyyə etmək yaxşı hərəkət deyil.

"YUNESKO və digər elmi və mədəni mərkəzlərdə bu əsərlərin qeydiyyata alınması üçün çoxlu səylər göstərilib. Mövləvi, Nizami Gəncəvi və digər məşhur şəxsiyyətlərin qeydiyyata alınması da bu hərəkətlərdəndir. Bu bizim ölkəmizin zəifliyi deyil. Alimin olmamazlığı dünya səviyyəsində irəli sürülmək həddində bu təcavüzə səbəb olur. Yaxşı olar ki, digər ölkələr öz mədəni kökləri ardınca olsunlar" –deyə Dəri bildirib.

 

  • Yazılıb
  • da (də) 2012 Jun 06