Tarix : 2012 Jun 07
Kod 30862

İranın Astara Gömrüyü normal iş rejimindədir

İranın Astara gömrük xidməti hər gün yüzlərlə Azərbaycan Respublikası vətəndaşını qəbul edir
/Aran agentliyi

 

İranın Astara gömrük xidməti hər gün yüzlərlə Azərbaycan Respublikası vətəndaşını qəbul edir. Bakı medialarında İrana qarşı mənfi təbliğat və siyasət qalmaqalına baxmayaraq, bu hərəkət Azərbaycan Respublikası vətəndaşlarının İrana səfərə olan maraqlarını zərbə vura bilməyib.

Bakıda bəzi şübhəli cərəyanların səyləri, o cümlədən Azərbaycan Respublikası ilə İranın münasibətlərini korlamaq üçün Azərbaycan Respublikası hakimiyyətində əcnəbilərin nüfuz etdiyi cərəyanlar və hökumətdən kənar anti-İran cərəyanlarının səylərinə baxmayaraq, iki qardaş xalqın sərhəd alış-verişləri göstərir ki, Bakıda cari anti-İran təbliğatı İran və Azərbaycan Respublikası xalqlarının sevgi və məhəbbətinə o qədər də təsir etməyib.

Daimi şəkildə vətəndaşlar üçün yaradılan bütün süni problemlərə baxmayaraq, Astara Gömrük Xidmətində fəaliyyət, rövnəqlilik bu həqiqəti sübut edir. Belə ki, İran və Azərbaycan Respublikası xalqları arasındakı mövcud bağlılıqlar daim möhkəm şəkildədir.

İranın Astara Gömrük Xidməti gündəlik Azərbaycan Respublikasından yüzlərlə vətəndaşı qəbul edir. Onlardan hər biri ailəvi gəzinti, ticarət, müalicə mərkəzlərinə müraciət və Qum və Məşhəd şəhərlərinə ziyarət səfərləri məqsədilə İrana səfər edir. Bakı medialarında İrana qarşı mənfi təbliğat və siyasi qalmaqal da İrana səfər üçün Azərbaycan Respublikası vətəndaşlarının bu istəyinə zərbə vura bilməz. Xüsusilə də İran İslam Respublikası hökuməti iki il öncə Azərbaycan Respublikası vətəndaşlarının İrana səfərinin daha da yaxşılaşdırılması üçün qardaş ölkə vətəndaşlarına viza rejimini ləğv etdi. Baxmayaraq ki, rəsmi Bakı belə bir xoşməramlılığı göstərməyi heç vaxt özündə əks etdirməmişdir.

 

  • Yazılıb
  • da (də) 2012 Jun 07