/Aran agentliyi
ABŞ Dövlət Katibi Hilari Klinton Balıda ermənilıri müdafiı edib.
Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovla Bakıda birgə mətbuat konfransı keçirən ABŞ dövlət katibi Hillari Klintonun deyib : “prezidentlə görüşümdə Əfqanıstan, Kosova və İraqa etdiyi əsgər və qeyri-təchizat köməyinə görə Azərbaycanın dövlət başçısına təşəkkür etdiyini bildirdim.”
Hilari Klinton DQ məsələsi barəsində isə deyib : “Biz gərginlik istəmirik. Qan tökülməsi dayandırılmalıdır. İrəvanda səfərdə olarkən həlak olan 3 erməni əsgəri ilə bağlı narazılığımı bildirdim. Həmçinin Azərbaycanda da gənc əsgərlər öldürülüb. Bu münaqişənin hərbi yolla həlli yoxdur. Bu insanların mənasız yerə öldürülməsi bizi kədərləndirir. Biz sülhə nail olmaqla onların ölümünü dəyərləndirməliyik. Dağlıq Qarabağ münaqişəsinin yeni həll yolunu tapmalıyıq. Bunun bir çarəsi olmalıdır və artıq 2012-ci ildir, bu məsələnin həlli yolu çoxdan keçib”.
Mətbuat konfransında müxbirlərin Hillari Klintona ABŞ-ın DQ separatçılarına hərbi yardım etməsinin səbəblərindən sual verib verməməsi ilə bağlı məlumat hələ əldə olunmayıb.