Tarix : 2012 Jun 07
Kod 30864

Əliyev separatçılara yardımına görə ABŞ-dan gileylənmədi

Azərbaycan Respublikası prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Hillari Klintonunun Azərbaycana səfərindən məmnunluğunu bildirib
/Aran agentliyi

 

Azərbaycan Respublikası prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Hillari Klintonunun Azərbaycana səfərindən məmnunluğunu bildirib.

AzərTAC-ın məlumatına görə, prezident İlham Əliyev iyunun 6-da ABŞ-ın dövlət katibi Hillari Klintonu ilə görüşündə iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirib.

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında iqtisadi, enerji, regional təhlükəsizlik, siyasi islahatlar, münaqişənin nizama salınması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunan İlham Əliyev ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib.

Hillari Klinton ölkəsinin Azərbaycanla sıx və strateji tərəfdaşlıq əlaqələrinin olmasını məmnunluqla qeyd edib, Azərbaycan Respublikasının regionda mühüm rolunu vurğulayıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra prezident İlham Əliyevin adından Hillari Klintonun şərəfinə lanç verilib.

Görüşdə prezident İlham Əliyev ABŞ-ın DQ separatçılarına humanitar yardım adı ilə vəsait ayırmaslna toxunmayıb.

  • Yazılıb
  • da (də) 2012 Jun 07