/Aran agentliyi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bildirib ki, Həcc ziyarəti üçün ayrılmış 2 min nəfərlik kvota üzrə yerlər dolmaq üzrədir.
Şöbə rəisi deyib ki, bu il Həcc ziyarətinə avtobusla gediş ləğv olunub və gediş yalnız təyyarə ilə mümkün olacaq.
Təyyarə ilə gedişdə zəvvarlara iki qiymətdə xidmət göstəriləcək: 3090 manat ödəyənlər 6, 3850 manat ödəyənlər isə 4 nəfərlik mehmanxana otaqlarında qalacaqlar.
Qeyd edək ki, Həcc mövsümünə düşən müqəddəs Qurban bayramı bu il oktyabrın 26-na təsadüf edir. Həcc ziyarəti üçün sənədlərin qəbulu başa çatmaq ərəfəsindədir.
HaqqYolu