Tarix : 2012 Jun 08
Kod 30880

Hacı Arif Qəniyev həbsdən azad olunub

Bu barədə onun vəkili Anar Qasımlı məlumat verib
/Aran agentliyi

Vəkil Anar Qasımlının FaktXeber.com-a verdiyi məlumata görə, bu gün məhkəmənin qərarı ilə İslam Partiyasının sədr müavini Arif Qəniyev vaxtından əvvəl şərti azadlığa buraxılıb.

Xatırladaq ki, A.Qəniyev 2011-ci il avqustun 11-də Sumqayıtda MTN əməkdaşları tərəfindən saxlanılıb. İstintaq bildirib ki, A.Qəniyevdən 19 q. həşiş,habelə onun avtomobilindən isə silah və hərbi sursat götürülüb.

Yanvarın 26-da Sumqayıt Şəhər Məhkəməsi A.Qəniyevi CM-in 228.1 (odlu silahın, hərbi sursatın qanunsuz əldə olunması, saxlanması, gəzdirilməsi), 234-cü (narkotik maddənin qanunsuz əldə olunması, saxlanması, gəzdirilməsi) maddələri ilə təqsirli bilərək 1,5 il müddətinə azadlıqdan nəhrum edib.

  • Yazılıb
  • da (də) 2012 Jun 08