Tarix : 2012 Jun 08
Kod 30882

Əli Həsənov gedir?

Son günlərdə İrana qarşı nəzakətsiz bəyanatları ilə rəsmi Bakı ilə rəsmi Tehran arasında münasibətlərdə ...
/Aran agentliyi

Son günlərdə İrana qarşı nəzakətsiz bəyanatları ilə rəsmi Bakı ilə rəsmi Tehran arasında münasibətlərdə soyuqluq yaratmış Azərbaycan Respublikası Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov  dünəndən etibarən məzuniyyətə çıxdığını bildirib.

Bu barədə “Yeni Müsavat” qəzetinə Əli Həsənov özü məlumat verib.

Əli Həsənov “Yeni Müsavat” qəzetinə deyib ki , məzuniyyətini Türkiyədə keçirəcək və iyunun 18-də iş başına dönəcək.

ABŞ dövlət katibi Hillari Klintonun Bakıda səfərdə olduğu gündən etibarən, həmçinin İran-Azərbaycan münasibətlərində gərginliyin davam etdiyi, Ermənistan-Azərbaycan sərhədində döyüşlərin getdiyi və itkilər verdiyimiz bu günlərdə yüksək çinli məmurun məzuniyyətə yollanmasının səbəblərinə gəldikdə isə Ə.Həsənov burda qeyri-adi bir məsələnin olmadığını deyib.

Son günlərdə Əli Həsənovun Prezident İlham Əliyevin xarici siyasətinə xələl gətirən hərəkətləri və bəyanatları səbəbindən tənbeh olunma ehtimalının güclənməsi  hökumət daxili müzakirələrə səbəb olmuşdur.

  • Yazılıb
  • da (də) 2012 Jun 08