Tarix : 2012 Jun 08
Kod 30885

''Bu şəhid qardaşına və şəhidlərə hörmətsizlikdir''

Bu gün hicab məhbusu Hacı Abgül Süleymanovun məhkəməsi keçirilib
/Aran agentliyi

Bu gün hicab məhbusu Hacı Abgül Süleymanovun məhkəməsi keçirilib

Məhkəmədə bir müddət əvvəl həbs olunan sonradan şərti cəza ilə azadlığa çıxan Hacı Zülfüqar Mikayılzadə də dinləyici kimi iştirak edib. Məhkəmə bitdikdən sonra elə məhkəmənin qarşısında Xebername.az İnternet qəzetinin xüsusi müxbirinə açıqlama verən Hacı Zülfüqar Mikayılzadə bildirib ki, Hacı Abgül Süleymanovun qardaşı şəhiddir. Ona qarşı qoyulan ittihamlar onun şəhid qardaşına və ümumilikdə şəhid ailələrinə hörmətsizlikdir. Hacı Abgülün qondarma ittihamlarla həbs olmasını qınayıram və Allahdan dua edirəm ki, tezliklə azadlığa çıxar.

islamazeri.az

 

  • Yazılıb
  • da (də) 2012 Jun 08