Bu gün səhər Sabirabad rayonunda polis Əsgərbəyli kənd sakini İlham Əmiraslanovu həbs edib
/Aran agentliyi
O 2010-cu ilin daşqınları zamanı zərər çəkmiş sakinlərin hüquqlarını müdafiə edib.
İ.Əmiraslanovun həbsi barədə məlumat verən qohumlarından biri deyib ki, İlham körpünün üzərində keçiddə saxlanılıb, onu avtomobilə əyləşdirərək aparıblar.
İ.Əmiraslanov ötən ilin mayında ölkə prezidenti və bu həftə fövqəladə hallar naziri ilə görüşən şəxslərdən biridir.
Bu il aprelin 8-də “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin həbsindən sonra Sabirabad, Saatlı və digər rayonlarda hüquqlarının təmin olunmas Bu gün səhər Sabirabad rayonunda polis Əsgərbəyli kənd sakini İlham Əmiraslanovu həbs edib. O 2010-cu ilin daşqınları zamanı zərər çəkmiş sakinlərin hüquqlarını müdafiə edib.
İ.Əmiraslanovun həbsi barədə məlumat verən qohumlarından biri deyib ki, İlham körpünün üzərində keçiddə saxlanılıb, onu avtomobilə əyləşdirərək aparıblar.
İ.Əmiraslanov ötən ilin mayında ölkə prezidenti və bu həftə fövqəladə hallar naziri ilə görüşən şəxslərdən biridir.
Bu il aprelin 8-də “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin həbsindən sonra Sabirabad, Saatlı və digər rayonlarda hüquqlarının təmin olunmasını tələb edən adamlara təzyiqlər başlayıb.
Beləliklə, hakimiyyət daşqının nəticələrinin aradan qaldırılması üçün ayrılan vəsaitin mənimsənilməsi və korrupsiya ilə əlaqədar yaranmış narazılıq dalğasını yatırmağa çalışır.
Hökumətin bir çox qərarı indiyədək kağız üzərində qalır. Daşqının nəticələrinin aradan qaldırılmasına 500 mln. manata yaxın vəsait ayrılıb. Lakin minlərlə adam əvvəlkitək şəraitsiz qalıb, halbuki hakimiyyət bütün problemlərin həll olunduğunu bildirir.
islamazeri.az