Tarix : 2012 Jun 08
Kod 30889

Azərbaycan dövləti qan içən rejimə Qarabağ xəlçəsı hədiyyə edib

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ''İsrail-Azərbaycan'' (Azİs) Beynəlxalq Assosiasiyasının II qurultayında iştirak üçün İsrailə gedib
/Aran agentliyi

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov "İsrail-Azərbaycan" (Azİs) Beynəlxalq Assosiasiyasının II qurultayında iştirak üçün İsrailə gedib.                                            İyunun 7-də Nazim İbrahimov İsrail prezidenti Şimon Pereslə görüşüb. “Turan”ın məlumatına görə, Nazim İbrahimov İsrail prezidentinə Qarabağ xalçası hədiyyə edib.                                              Görüşdə Şimon Peres bildirib ki, İsrail Azərbaycanın dostluğunu yüksək qiymətləndirir.                                                                           Görüşdə bu yaxınlarda Bakıda rəsmi səfərdə olan İsrail parlamentinin deputatı Faina Kirşenbaum da iştirak edib.                                Hədiyyəni İsrail prezidentinə təqdim edən Nazim İbrahimov əl işi olan bu xalçanın Şimon Peresə Azərbaycanın gözəlliklərini xatırlatmasını arzulayıb.Nazim İbrahimovu Milli Məclisin deputatları Yevda Abramov, Asim Mollazadə və Fərəc Quliyev müşayiət edirlər.                                         Azİs-in II qurultayı İsrailin paytaxtı Tel-Əvivdə keçirilir. Tədbirə İsrailin xarici işlər naziri Aviqdor Liberman başda olmaqla bir sıra rəsmi şəxslər                                                                 İsrail parlamentinin deputatı Aleks Miller Azİs-in yeni rəhbəri seçilib. Azİs-in əvvəlki rəhbəri İosif Şaqal olub.

haqqxeber.com

  • Yazılıb
  • da (də) 2012 Jun 08