Tarix : 2012 Jun 09
Kod 30907

Əliyev rejiminin əvəzinə türkiyəli rejissor ''Qarabağ'' adlı 18 dəqiqəlik film çəkib

Şimali Kiprin Yaxın Doğu Universitetində “Qarabağ” adlı filmin təqdimat mərasimi keçirilib
/Aran agentliyi

 

HaqqYolu - Şimali Kiprin Yaxın Doğu Universitetində “Qarabağ” adlı filmin təqdimat mərasimi keçirilib.

Film bu universitetdə təhsil alan azərbaycanlı və türk tələbələrin birgə əməyi nəticəsində ərsəyə gəlib.

Universitetin tələbəsi, filmin logistik dəstəkçisi Maral Hüseynli bildirib ki, “Qarabağ” adlı filmin rejisoru türkiyəli tələbə Gökalp Yamendir. Ssenarini G.Yamen, azərbaycanlı tələbələr Günel Babayeva, Niyazi Səlimbəyli və mən birgə yazmışıq. 18 dəqiqəlik ekran əsərinin çəkilməsində məqsəd gənclərin gözü ilə Qarabaq həqiqətlərini izləyicilərə çatdırmaqdır.

Baş rolları Sitkiye Devgüm, Şems Çetin, Nigar Umudlu, Egemen Türk oynayırlar. Ekran əsərində Ukrayna (Krım), İraq (Kərkük), Kipr (Lefkoşa), Türkmənistan, Azərbaycan və Türkiyədən olan aktyorlar da iştirak edirlər. Kinolentin prodüsseri Günel Babayevadır. (SalamNews)

  • Yazılıb
  • da (də) 2012 Jun 09