ABŞ Prezidenti Barak Obama və dövlət katibi Klinton təhlükəsizlik, enerji və daxili islahatlar sahəsində ABŞ-Azərbaycan əlaqələrinin strateji əhəmiyyətinin fərqinə varır!
/Aran agentliyi
ABŞ Prezidenti Barak Obama və dövlət katibi Klinton təhlükəsizlik, enerji və daxili islahatlar sahəsində ABŞ-Azərbaycan əlaqələrinin strateji əhəmiyyətinin fərqinə varır!
Bu iddianı ABŞ-ın Bakıdakı sabiq səfiri Metyu Brayza Qün saytına verdiyi müsahibədə dilə gətirib.
Metyu Brayza deyib :”ABŞ-Azərbaycan arasında uzunmüddətli uğurlu əlaqələr daha çox üçüncü faktordan ,yəni Azərbaycanın daxili islahatlarından asılıdır.”
Brayza iddia edib : “Uğurlu ABŞ-Azərbaycan əlaqələri həmçinin ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində daha çox cəhdlər etmək tələbini ortaya qoyacaq.”
ABŞ-ın Bakıdakı sabiq səfiri eyni halda deyib : ” ABŞ prezidentinin Azərbaycanın qonşusu olan Rusiyanın prezidenti qədər Minsk Qrupunun işində eyni dərəcədə fəal olacağını ehtimal etmək real deyil.”
Metyu Brayza həmçinin İranın Azərbaycan Respublikası barəsində siyasətini anlamadığını etiraf edib və deyib : “Siyasi qüvvənin İranda necə təşkil olunub istifadə olunmasını başa düşmək çox çətindir. Azərbaycanla münasibətdə bu gücün necə istifadə olunduğunu başa düşmək ondan da çətindir. Aydın görünən məsələ ondan ibarətdir ki, İranın siyasi rejiminin bəzi elementləri Azərbaycanın ABŞ və onun İsrail və Avropa kimi əsas müttəfiqləri ilə strateji əməkdaşlıq etməsini təhlükə kimi görür.”