Tarix : 2012 Jun 09
Kod 30909

Həm Azərbaycan, həm də Ermənistanda müxalifət H.Klintondan narazı qalıb

ABŞ-a məxsus ''The Huffington Post'' internet potralı “Azərbaycan müxalifəti ABŞ-ın keçmiş səfirinin neft sənayesində işə götürülməsini “ikrah doğuran” hal kimi ...
/Aran agentliyi

 

ABŞ-a məxsus "The Huffington Post" internet potralı “Azərbaycan müxalifəti ABŞ-ın keçmiş səfirinin neft sənayesində işə götürülməsini “ikrah doğuran” hal kimi dəyərləndirir” məqaləsində ABŞ-ın Azərbaycan Respublikasında yalnız neft maraqlarını güddüyünü yazıb.

Yazının müəllifİ Coşua Herş yazır : ”ABŞ-ın Azərbaycandakı, Barak Obama tərəfindən səfir təyin olunmuş keçmiş səfiri Metyu Brayza “Turcas Petrol” neft kompaniyasında işə götürülüb. Adı çəkilən kompaniya Azərbaycanda dövlət neft şirkəti SOKAR-ın şərikidir”.

Azərbaycan müxalifətinin Londonda yaşayan aktiv üzvlərindən biri İngiltərədə fəaliyyət göstərən Murad Həsənli deyib : “Biz sabiq səfir Metyu Brayzanın son təyinatını tamamilə ağılsızlıq kimi dəyərləndiririk. ABŞ-ın 1990-cı illərdə Azərbaycanda səfiri olmuş Stenli Eskudero (Stanley Escudero) da vəzifəsindən gedəndən sonra Bakıda qalıb və biznes fəaliyyətinə başlayıb.”

İnsan haqlarını və demokratiyanı unudun”,deyən Azərbaycan Demokratik Assosiasiyasının direktoru olan Murad Həsənli əlavə edib : “İndi isə ABŞ prezidenti Barak Obamanın Azərbaycanda səfir vəzifəsinə yeni namizədi, 67 yaşlı Riçard Morninqstarın ABŞ Dövlət Departamentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi olması da diqqət çəkəndir və bu, bir daha göstərir ki, ABŞ-Azərbaycan münasibətləri yalnız və yalnız neftə bulaşmış şəkildə təsəvvür oluna bilər”.

Portal vurğulayır ki, Metyu Brayzanın ARDNŞ-in nəzarətindəki şirkətdə işə götürülməsində qanun baxımından heç bir problem yoxdur. Amma bu özlüyündə Obama hökumətinin Azərbaycandakı insan hüquqlarına qarşı törədilən zorakılıqlara ciddi əhəmiyyət verməməsinin göstəricisidir.

 

Bakıya son səfərində dövlət katibi Hillari Klinton gənc fəal Bəxtiyar Hacıyev ilə görüşüb, onu demokratiya uğrunda mübarizəyə ruhlandırıb. Amma M.Həsənli bunu fərqli dəyərləndirir: ”Klinton, müxalifət liderləri ilə görüşdən faktiki imtina etməsini pərdələmək üçün belə bir addım atdı”.

Portal vurğulayır ki, Azərbaycan Əfqanıstana yüklərin daşınmasında ABŞ üçün son dərəcə önəmli ölkədir. Bundan başqa, rəsmi Bakı sionist rejim İsraillə yaxşı əlaqələrə malikdir.

Azərbaycan Respublikasında neft maraqlarını hər nəyə üstün tutan ABŞ Ermənistanda hansı maraqları güdür ki, erməni müxalifəti də Hillari Klintondan narazı qalıb?

İyunun 4-də Ermənistanda səfərdə olarkən ABŞ Dövlət katibi Hillari Klinton ölkədə bir ay əvvəl keçirilən parlament seçkilərindən məmnunluq ifadə edib.

Prezident Serj Sarkisiyanın iqamətgahında keçirilən mətbuat konfransında H.Klinton Ermənistanda 6 may seçkiləri «rəqabətli və açıq olub» deyib.

H.Klinton həmçinin beynəlxalq müşahidəçilərin Ermənistanda seçkilərə verdiyi müsbət qiymətdən şad olduğunu deyib.

ABŞ dövlət katibi Ermənistanın iqtisadiyyatı gücləndirmək üçün atdığı addımlara da müsbət qiymət verib və deyib : «Sahibkarlar müstəqil məhkəmə sistemi, biznes mühitinin şəffaf tənzimləndiyi, vergi və gömrük sistemi açıq olan mühit axtarır. Biz Ermənistanın bu sahədə irəliləyişlərini görməkdən məmnunuq».

Dağlıq Qarabağ münaqişəsindən danışan H.Clinton münaqişənin güc yolu ilə həllinin yolverilməz olduğunu deyib. Ermənistan-Türkiyə münasibətlərinə toxunarkən isə o, qeyd edib ki, ABŞ heç bir ilkin şərt olmadan Ermənistan-Türkiyə protokollarının ratifikasiyasını dəstəkləyir. ABŞ Dövlət katibi «hazırda topun Türkiyənin sahəsində olduğunu» deyib.

Ermənistanda müxalif «Respublika» Partiyasının lideri Aram Sarkisyan Hillari Klintonun Ermənistandakı seçkiləri müsbət qiymətləndirməsindən narazı qaldığını deyib.

Ermənistanın keçmiş xarici işlər naziri, hazırda Azad Demokratlar Partiyasının üzvü Aleksandr Arzumaniyan isə deyib : «Həm müşahidəçilər, həm də ayrı-ayrı qurumlar hər zaman bəyan edirlər ki, bu, bizim seçkilərdir və onun nəticələri ilə biz yaşamalıyıq. Ona görə xaricdən verilən qiymət məni bir o qədər maraqlandırmır.

  • Yazılıb
  • da (də) 2012 Jun 09