Cəbhə xəttində son günlər atəşkəsin pozulmasına AXCP sədri Əli Kərimli İctimai Palatanın ötən günkü mövqe bildirib
/Aran agentliyi
“Qafqazinfo” xəbər verir ki, Əli Kərimli baş verənlərdən narahatlığını ifadə edib eyni zamanda hakimiyyətin Qarabağla bağlı siyasətini kəskin tənqidə tutub: “Bu gün qara qanlar axan qəlbimiz döyüş bölgəsindəki əsgərlərimizin, zabitlərimizin yanındadır və narahatdır. 18-19 yaşlı əsgərlərimiz bu gün şəhid olurlar. Azərbaycan Xalq Hərəkatından çıxan qüvvələr çox şəhid veriblər. Elə bu zalda yaşı imkan verən nə qədər adam Qarabağ döyüşlərindən keçib. Biz Azərbaycan torpaqlarının qorunmasını özümüzə müqəddəs vəzifə sayanlarıq. Biz əsgərimizə zabitimizə özümüzü qurban verməyə hazır insanlarıq.
Səngərdə dayanan hərbiçilərimiz bilməlidir ki, milli demokratik düşərgə həmişə onların arxasındadır, amma eyni zamanda elə həqiqətlər var ki, onları da biz dilə gətirməliyik.
Bizim əsgərlərimiz vətən torpaqlarını azad etmək üçün şəhid ola bilərlər. Hanısa, kimlərinsə oyunlarının qurbanı ola bilməzlər. Biz Azərbaycan hakimiyyətinin torpaqlarımızı azad etməyə ciddi yanaşdığına, belə bir niyyəti olduğuna inanmırıq. Niyə inanmırıq? Belə bir niyyəti olan hakimiyyət niyə sərhədin 1 neçə kilometrliyinə on minlərə məcburi köçkün üçün şəhərcik düşərgə tikir? On milyonlarla vəsait hesabına Qarabağın ətrafında utanmaz utanmaz daş hasarlar çəkiblər. İndi Azərbaycan ordusu hücum eləsə o hsarları aşmaqla hansı itkiləri vermiş olacaq? Torpaqları azad etmək fikirində olan hakimiyyət bizim təbii və yeganə müttəqifimiz olan Türkiyə ilə ambisiya davası aparmazdı. Azərbaycan torpaqlarının azadlığı naminə şəhid olan insanların abidəsü üzərindən bayraq endirməyə əli gəlməzdi.
Torpaqları azad etmək istəyən hakimiyyət hər sammitində Azərbaycanın ərazi bütövlüyünə dəstək verən NATO ilə intiqrasiyanın qarşısını almazdı. Bizə ən böyük təhlükəsizliyi NATO vəd verir, ondan imtina edirlər. Ona görə ki NATO bu sülalənin varlığını təhdid edir, Azərbaycana təhlükəsizlik, demokartiya, inkişaf və Qarabağ vəd edir. Bunlar isə deyir ki, qoy demokratiya da olmasın, Qarabağ da olmasın amma bizim hakimiyyətimiz olsun.
Bunlardan sonra mən belə bir hakimiyyətin səmimi şəkildə torpaq davası aparmasına necə inanım? Bu həqiqətlərlə yanaşı hər kəs bilməlidir ki, bu torpağ, Qarabağ bu milləti düşünənlərinin, bu torpaq üçün ölməyə hazır olanlarındır. Heç nədən asılı olmayaraq mövqeyimiz, qəlbimzin döyüşən hərbiçilərimzilədir, onlara hər cür maddi mənəvi dəstəyimiz əskik olmayacaq”.