Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, imzalanma mərasimindən sonra çıxış edən nazir Elmar Məmmədyarov Azərbaycanın ...
/Aran agentliyi
Bu gün Türkiyənin Trabzon şəhərində Türkiyə, Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Əhməd Davudoğlu, Elmar Məmmədyarov və Qriqol Vaşadze üçtərəfli görüşdən sonra Trabzon Bəyannaməsi imzalayıblar.
Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, imzalanma mərasimindən sonra çıxış edən nazir Elmar Məmmədyarov Azərbaycanın regionda enerji layihələrinin inkişafına önəm verdiyini vurğulayıb.
E.Məmmədyarov bu il iyunun 9-da Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan iş adamlarının iştirakı ilə 3 ölkənin iqtisadiyyat nazirlərinin görüşünün keçiriləcəyini deyib.
Nazir Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq cəbhə xəttində baş vermiş son hadisələrin münaqişənin dondurulmuş olmadığını göstərdiyini vurğulayıb, bu münaqişənin regionun təhlükəsizliyini və sabitliyini sarsıtdığını, bölgənin gələcəyi üçün təhlükə olduğunu qeyd edib.