Tarix : 2012 Jun 11
Kod 30919

Səhər kanalının Bakıdakı məhbus jurnalistinin xatirəsi əzizlənəcək

Tehranın Media Mədəniyyət Sarayı və Səhər Beynəlxalq Televiziya Kanalı Azərbaycan R-da söz azadlığının vəziyyətinə dair toplantı keçirərək...
/Aran agentliyi

 

Tehranın Media Mədəniyyət Sarayı və Səhər Beynəlxalq Televiziya Kanalı Azərbaycan R-da söz azadlığının vəziyyətinə dair toplantı keçirərək, həbsdə olan jurnalist Anar Bayramlının xatirəsini əzizləyəcəkdir.

Ariya xəbər agentliyinin məlumatına əsasən, sabah iyunun 11-də Media Mədəniyyət Sarayında keçiriləcək toplantıda iştirakçılar Azərbaycan R-da söz azadlığının vəziyyətini və Səhər kanalının müxbiri Anar Bayramlının həbsinin səbəblərini müzakirə edəcəklər.

Xatırladaq ki, Anar Bayramlı fevral ayından İslamçı fəalların üçüncü həbs dalğasının davamında nəzarət altına alındı.

Anar Bayramlının necə həbs olunması, onun hüquq-mühafizə orqanları tərəfindən şərlənməsi, Azərbaycan R. , İran və dünyada hüquq müdafiə təşkilatlarının bu mövzu ilə bağlı reaksiyası və müsəlman jurnalistin həbsinin Azərbaycanda media azadlığının durumuna təsiri, eləcə də söz azadlığının məhdudlaşdırılması məsələləri Tehrandakı toplantının əsas mövzularını təşkil edir.

 

  • Yazılıb
  • da (də) 2012 Jun 11