Azərbaycan Respublikasının xarici siyasətinin bir çox sahələrdə böhranlı şəraitini keçdiyi bir halda bu günlərdə İrana qarşı bu ölkə rəsmilərinin planları yeni cəhətlərə yönəlib
/Aran agentliyi
Azərbaycan Respublikasının xarici siyasətinin bir çox sahələrdə böhranlı şəraitini keçdiyi bir halda bu günlərdə İrana qarşı bu ölkə rəsmilərinin planları yeni cəhətlərə yönəlib.
Fars İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov Trend İnformasiya Agentliyi ilə müsahibədə bu ölkənin İran və islam müqəddəslərinə qarşı onlarla xəbis və düşmənçi xarakterli şəxsin hərəkətlərinə göz yumaraq Tehranı Azərbaycan Respublikası ilə gərginliyin yaranmasını başladan tərəf adlandırıb və İranın dini dairələrinə “hücum” çəkib.
Novruz Məmmədovun açıqlaması elə bir şəraitdədir ki, son aylar ərzində Azərbaycan Respublikası İrana qarşı heç bir düşmən xarakterli addımdan çəkinməyib və İranın 3 ay öncə verilən etiraz notasına əsasən rəsmi Bakı İranın nüvə alimlərinin terror olunması üçün Mossadla əməkdaşlıq edib.
Bakı habelə bu ölkəni İrana qarşı Münafiqlər, Pjak, DAK kimi separatçı və terrorçu qruplar üçün təhlükəsiz yerə çevirmişdir.
Azərbaycan Respublikası habelə İranofobiya, İran tarixinin təhrif olunması və öz rəsmi mənbələrində İrana qarşı ərazi iddiası siyasətini gücləndirməklə yanaşı sionist rejimə “xoş gəlsin” deyə bu ölkənin məzlum şiələrini geniş şəkildə repressiya etmiş və Stalin dövrünün oxşar saxta ittihamları ilə onlarla ruhani və islamçı fəalı həbs etmişdir.
Əlbəttə Azərbaycan Respublikası hökumətinin İranofobiya siyasəti bu məsələlərlə məhdudlaşmayıb və bu ölkə anti-İran irqçi separatçıları üçün Bakıda televiziya və studiya imkanları yaradıb və bir ildən öncə İranın nümayəndəlikləri, o cümlədən 20 ildir Azərbaycan xalqına kömək edən İmam Xomeyni (rə) İmdad Komitəsinə qarşı maneə və problemlər yaratmışdır.
Azərbaycan Respublikası hökumətinin anti-İran və anti-islam siyasətləri bu ölkə xalqının tənqidi ilə üzləşmişdir. Belə ki, Azərbaycan xalqı İranın bu ölkəyə 20 illik strateji köməyi, o cümlədən Azərbaycan Respublikasının Naxçıvanla quru əlaqəsinə şəraitin yaradılması sahəsindəki köməyinin şahidi olmuşdur. Buna görə də Azərbaycan Respublikası hökuməti rəsmiləri irəliyə doğru qaçmaqla İranın səbəbkar göstərməyə çalışırlar.
Belə bir şəraitdə, Azərbaycan Respublikasının yanlış xarici strategiyası nəticəsində hal-hazırda bu ölkənin təkcə İranla deyil, hətta bu ölkənin milli sərvətlərini qarət etməklə məşğul olan Avropa ölkələri ilə də münasibətləri böhranlı şəraitdədir. Avropa Parlamentinin Azərbaycan Respublikasına qarşı son müdaxiləçi və təhqiramiz qətnaməsi bu məsələnin göstəricisidir.
Görünür, Azərbaycan Respublikasında gələn il prezident seçkiləri yaxınlaşmaqla və bu ölkənin Ermənistanla təmas xətlərində vəziyyətin gərginləşməsi ilə və İranın bu ölkəyə qarşı ciddi addımlar atmamasına görə rəsmi Bakı daha artıq çaş-baş vəziyyətə düşüb və ümumi fikri yayındırmağın yeganə yolunu İrana qarşı ittihamlarla bağlı yanlış planını yenidən təkrarlamaqda görür.