Azərbaycan R. hökuməti Qərbyönümlü siyasi kursunda həddən artıq tələskənlik edir
/Aran agentliyi
Tehranda çıxan Qüds qəzeti yazır: SSRİ dağılandan sonra Azərbaycan çox tez regional və beynəlxalq oyunçuya çevrilmək istədi. Baxmayaraq ki, Dağlıq Qarabağ münaqişəsinin vurduğu yara 20 ildən sonra hələ də sağalmayıb. Lakin Əliyev hökuməti bütün problemlərin həllini Qərbə inteqrasiyada axtardı. Bunun təbii nəticəsi olaraq Azərbaycan tədricən regional əməkdaşlıqdan uzaqlaşdı və Avropa rənginə keçməyə cəhd göstərir.
Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan R. az qala NATO və sionistlər üçün Cənubi Qafqazda sabit bir bazaya çevrilmək halındadır. Elə bu fakt ifşa olunan sənədlərdə də az-çox öz əksini tapmışdır.
Qəzet sonra qeyd edir ki, Azərbaycanın bir çox hərbi aerodromuna birbaşa sionistlər nəzarət edir və həmçinin İranlı nüvə alimlərindən bir neçəsi Azərbaycandan tranzit ölkə kimi faydalanan Mossad agentləri tərəfindən terror edilib.
Əlbəttə Bakı hökumətinin Qərbpərəst və Sionistpərəst hərəkəti bununla bitmir, sözü gedən siyasət İslamofobik hərəkətlərdə də özünü büruzə verir. Məscidlərin dağıdılması və ya dindarların kütləvi həbsi bu planın tərkib hissəsidir.
Müəllifin qənaətincə, hökumət bu addımları ilə ciddi səhvə yol verir. Çünki xalqın yolu bəllidir və Azərbaycan xalqının böyük əksəriyyətinin öz milli-dini dəyərlərinə sahib çıxması ilə hökumət uzaq perspektivdə böhranlı şərait yaşayacaqdır.