/Aran agentliyi
HaqqYolu - Məlumat bu gün saat 15:00 radələrində yayılıb.
Minaya düşmüş zabitlərdən biri hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri kapitan İlqar Verdiyevdir. İ. Verdiyev minaya düşmüş zabiti ərazidən çıxarmaq istəyərkən özü də minaya düşüb. Ilkin məlumatlara görə, mina onun bir qolunu aparıb. Yaralının bu saatlarda Bakıda Mərkəzi Kliniki Hospitala gətiriləcəyi gözlənilir.
Minaya düşmüş digər zabit ayağını itirib. İ. Verdiyevin özünün mobil telefonu isə bağlı olduğundan zənglər cavabsız qalıb.
Qeyd edək ki, İ. Verdiyev əvvəllər Müdafiə Nazirliyində mətbuat xidmətinin rəis müavini vəzifəsində çalışıb. Daha sonra Goranboydakı hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiri olub. (azeridefence)