''Əllamə Təbatəbai'' adına Universitetin bir qrup tələbəsi ümumi diplomasiyanı möhkəmləndirmək və Azərbaycanın universitet tələbələrini məlumatlandırmaq üçün onlara xitab məktubu yazmışdır
/Aran agentliyi
AranNews - "Əllamə Təbatəbai" adına Universitetin bir qrup tələbəsi ümumi diplomasiyanı möhkəmləndirmək və Azərbaycanın universitet tələbələrini məlumatlandırmaq üçün onlara xitab məktubu yazmışdır.
Məktubun mətni aşağıdakı kimidir:
Qəflətdən oyanışı və zülmətlə mübarizəni yaradan Allahın adı ilə
Azərbaycanın müsəlman tələbə bacı və qardaşlarımız
Salam olsun sizə.
Allahın lütfü ilə qədəm qoyduğunuz o torpaq ortaq tariximiz boyu şacaət, şəhadət, müqavimət və qələbələr səhnəsi olmuşdur. Bu qəhrəmanlıqlar sizin milli və islami kimliyinizin əsas sərmayəsi, övladlarımızın gələcək səadət və uğurları üçün lazım olan yeganə dəyərdir. İxtiyarınızda olan bu əmanət zalım və laqeydlər tərəfindən yağmalanmağa, tapdaq altında qalmağa layiq deyil. Çünki əmanətin şərti onun qorunmasına sədaqətli olmaqdır.
Bu günləri rəşadət və şəhadət beşiyi olan müqəddəs bir yurd, mədəniyyətsiz müsabiqələr, pozğun mərasimlər çərçivəsində bu yurdun şanlı tarixini dəyərsiz və şəxsiyyətsiz göstərmək isəyən kapitalizm rejiminin əsgərlərinin paradının şahididir. Ona görə də kimliyimizi daxildən məhv etməklə məşğul olan belə hərəkətlər qarşısında müqavimət göstərmək biz müsəlman tələbələr üçün zəriridir və biz bu məsələdə məsuliyyət daşıyırıq. Bu günləri biz bütün dünyaya, əsasən də kapitalizm rejiminə qətiyyət və əzmkarlıqla başa salmalıyıq ki, İslam torpaqları və ata-baba yurdumuz dəyərlərə qarşı çıxan rejimin qəbristanlığına çevriləcək.
Kapitalizm rejimində özünü qərq etmiş və dəyərsizlik təlatümündən bezmiş ölkələrin boş və mənasız hərəkətlərinin rəqabət səhnəsi çərçivəsində təşkili şəxsiyyətsilik böhranının İslam ölkələrinə ötürülməsindən başqa bir şey deyildir. Çünki imperializm və kapitalizmin çirkin hədəflərini yalnız laqeydlik və həqiqi kimlikdə çaşqınlıq yaratmaq vasitəsilə həyata keçirmək mümkündür.
Süqutu yaxınlaşmış qərb mədəniyyətinin varid etdiyi son müsabiqə qəhrəman Azərbaycanın kimliyi üçün ərməğan ola bilərmi? Halbuki, bu hərəkətin nəticəsində döğma ana dili öz həqiqətindən üz döndərir, milli dəyərlər öz yerini unutqanlıq və transformasiyaya verir.
Əziz İslam bizim canımızdır. Nə üçün onun gözlərimiz önündə qamçılanmasının şahidi olaq? Nə üçün məscidlərimiz dağıdılmalıdır? Və həlli sənin və mənim oyanmağımızda olan minlərlə digər "nə üçün"lər! Sizin islami ölkəniz hər biri böyük bir müsabiqə olan, kapitalizm və dəyərlərə qarşı olan rejimlərin heç birinin həmin müsabiqələrdə siz qeyrətli cavanlarla üzləşə bilmədiyi və həmişə özlərini məğlub bildiyi dəyərlərlə doludur. Çünki şəhadəti olan millətin məğlubiyyəti yoxdur. Belə bir millətə qalib olmaq üçün yol təkcə daxildən onun dəyərlərini məhv etmək və idxal olunmuş və mənasız mədəniyyətləri onun yerinə qoymaqdır. Bu həmin yoldur ki, Azərbaycanın bu günkü hakimiyyəti onu öz gündəliyində qərar vermişdir.
"Eurovision" Azərbaycan üçün hansı ərməğanı gətirdi? Bu, cavabı hamı üçün qaranlıq qalan sualdır. Təkcə məlum olan budur ki, belə müsabiqələri təşkil edənlər bu mədəniyyəti yaymaq və İslam təfəkkürünün arteriyasını kəsməklə gələcəkdə həqiqi milli və islami kimiliyi, şəhidliyi, şücaəti, zülmlə mübarizəni regionda aradan qaldaracaq və təkcə islamsevər Azərbaycanda yox, hətta onunla qonşu ölkələrdə də şəxsiyyətsizliyi yayacaqlarını ümid edirlər.
Artıq himmət kəməri bağlamaq zamanıdır! Artıq ayıq olmaq vaxtıdır! Biz müsəlman cavanlarına vacibdir ki, imperializmin mədəni müsabiqələri çərçivəsində gələn fitnələri qarşısında şücaətlə dayanaq, dəyərlərə qarşı olanların himayətçilərinə başa salaq ki, bu müqəddəs torpağa ayaq basmaq yalnız İslam dəyərlərinə əsaslanan kimliyimizi tanımaqla mümkündür.
Bu yurdun müsəlman gənclərinin anti-İslam rejimində ovsunlanmış ürəklərin oyanacağının şahidi olacaqları günün ümidilə! İnşallah.