Tarix : 2012 Jun 11
Kod 30927

Qarabağa gülən toy

Danışanda hamı vətənpərvərlik, hürriyyət, ədalətdən danışır
/Aran agentliyi

HaqqYolu - Danışanda hamı vətənpərvərlik, hürriyyət, ədalətdən danışır. Əmələ gələndə… Bu gün Azərbaycanda hər gün Eurovisiondu. Kübar təbəqənin xeyiri də, şərini də kiçik Eurovision saymaq olar – xərci baxımından!

Bakının məşhur şadlıq evlərindən birində xalq şairi (?), millət vəkili (?) Sabir Rüstəmxanlı və Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlının toy mərasimi keçirilib.

C. Rüstəmxanlı ixtisasca filoloq olan Günel Məmmədova ilə ailə həyatı qurub. Xoşbəxt olsunlar, gənclərlə işimiz yox!

300 nəfərə qədər şəxsin iştirak etdiyi toyda gənclərin ailə üzvləri, yaxın qohumları ilə yanaşı MƏŞHUR SİMALARın da çoxluğu diqqət çəkib.

Toyda Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıç, Türkiyədən MHP başqan müavini, millət vəkili Oqtay Vural, millət vəkili Atilla Kaya, tanınmış müğənni Ahmet Şafak, Bəngütürk televiziyasının rəhbəri Murad İdə, Azərbaycandan nazirlər, millət vəkilləri, media rəhbərləri, partiya sədrləri, tanınmış ziyalılar iştirak ediblər. ATƏT-in Minsk qrupundan da yəqin ki nümayəndə olub.

Məşhur türk müğənnisi Ahmet Şəfəqin yeni evlənənlərə həsr etdiyi mahnının sədaları altında rəqs edən cütlüyü dostları, qohumları da tək qoymayıblar. Daha sonra isə Azərbaycan müğənniləri Röya və Aygün Bəylər toyda mahnılar səsləndiriblər. 

  • Yazılıb
  • da (də) 2012 Jun 11