/Aran agentliyi
HaqqYolu - Orta yaşlı bir kişi Milli Məclisin binasında özünü yandırmaq qərarına gəlib. O, üzərinə benzin tökərək, özünü yandırıb.
İnsidentə səbəb isə, onun bu yaxınlarda şəhid düşmüş oğluna heç kimin yiyə durmamasıdır. Qeyd edək ki, özünü yandırmaq istəyən şəxs şəhid Quliyev Eminin atası İsmayıl kişidir.
Oğlunun bu ayın beşində şəhid olduğunu deyən atanın sözlərinə görə, lakin heç kim onunla maraqlanmır: “Şəhid olan gündən gətirib üstümüzə atdılar. Ondan sonra heç kim soruşmur ki, nə vəziyyətdəyik. Mənim oğlum hələ uşaq idi. Onun əsgərlikdən gəlməyinə 15 gün qalmışdı”. (xebername)